Tarix : 2010 Feb 02
Kod 16028

İran 5 süni peykini ictimaiyyətə təqdim edəcək

Bu günlərdə İran öz elmi və texniki nailiyyətlərini göstərməyə çalışır
İİR Servisi/Aran Agentliyi
FaktXəbərin "RİA Novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sabah İranda İslam İnqlabının 31-ci il dönümünə həsr olunmuş aerokosmik sahədə 5 yeni proyektinin  təqdimetmə mərasimi keçiriləcək. İran alimləri “Tolu” və “Misbah 2” süni peykini, tələbə araşdırmaları üçün nəzərdə tutulmuş “Mehdi” süni peykini və “Simurq” raket-daşıyıcısının mühərrikini ictimaiyyətə təqdim edəcək. Qeyd edək ki, bütün proyektlər iran alimləri tərəfindən hazırlanıb. Sabah həmçinin peyklərdən alınan məlumatların araşdırılması üçün nəzərdə tutulmuş uçuşların idarə olunması Mərkəzinin açlış mərasimi keçiriləcək. Bu mərasimdə İranın prezidenti Mahmud Əhmədinejad və ölkənin hərbi rəsmiləri iştirak edəcək.

Məlumat üçün bildirək ki, İranda hər il İslam İnqlabının ildönümünə həsr olunmuş mərasimlər 10 gün qeyd olunur. Bu il həmin mərasimlər fevral ayının 1-dən 11-ə təsadüf edir. Nəzərinizə çatdıraq ki, mərasimin birinci günü İranın ən əsas bayramlarından hesab olunur və  həmin günü 1979-cu ildə 14 illik sürgündə olan İmam Xomeyni öz vətətninə qayıtmışdı.

  • Yazılıb
  • da (də) 2010 Feb 02