Tarix : 2010 Feb 05
Kod 16049

Rusiyada Əhli-beyt (ə) şairi şərti cəza alıb

Rusiyada gənc Əhli-beyt (ə) şairi islami şeirlərinə görə bir illik şərti cəza aldı
Rusıya Servisi/Aran Agentliyi

Rusiyanın Voronej məhkəməsi 21 yaşlı gənc Əhli-beyt (ə) şairi, tarix fakültəsinin tələbəsi Kamal Evstratov haqqında bir il müddətinə şərti həbs cəzası təyin edib. Keçən ilin avqust ayında gənc şair haqqında uydurma ittiham irəli sürülərək, “irqi və ya dini zəmində ədavəti qızışdırma” maddəsi ilə istintaq başlanılmışdı. Buna səbəb, onun Əhli-beyti (ə) mədh etdiyi şeirlər və vəhdət çağırışları olub. Şairin özünün sözlərinə görə, onun şeirlərini bilərəkdən təkfirçi qruplara məxsus saytlar dərc edib və onu ədavəti qızışdırmaqda ittiham edib. “Əhli-beytə (ə) məhəbbəti olan mənim kimi birini, çox gülünc şəkildə vəhhabilikdə ittiham edirlər. Mən bunun absurdluğunu izah etməyə çalışsam da, mənə imkan vermədilər”, - deyə Kamal Evstratov bildirib.// Deyerler.org

  • Yazılıb
  • da (də) 2010 Feb 05