Tarix : 2010 Feb 07
Kod 16082

Bakıda su təchizatı problemi

Qarlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra rayonlarının su ilə təchizatında problemlər yaranıb
Azərbaycan Servisi/Aran Agentliyi

Bakının Nizami, Səbail rayonları, Binəqədi rayonunun bir hissəsi, həmçinin Xırdalan şəhərində içməli suyun verilməsində problemlər yaranıb. Bakının bir sıra rayonlarının su ilə təchizatında yaranmış problemlərə elektrik enerjisinin fasilələrlə verilməsi səbəb olub. Bu barədə «APA-ECONOMICS»ə «Azərsu» ASC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov məlumat verib. O bildirib ki, elektrik enerjisinin verilməsində meydana çıxan problemlər Bakıya gələn su mənbələrində, həmçinin Bakının girişində və daxilində olan su nasos stansiyalarının işində fasilələr yaradıb: “Buna görə də Bakının bir sıra rayonlarının su ilə təchizatında məhdudiyyətlər yaranıb».

A.Rüstəmov bildirib ki, bu günün sonuna kimi bütün su anbarları doldurularaq iş rejiminə keçəcək və müvafiq rayonlara suyun verilməsində problemlər yaranmayacaq.

  • Yazılıb
  • da (də) 2010 Feb 07