rəstun Məcidov deyir ki, iki gün ərzində 5 yol-nəqliyyat qəzası olub, səkkiz nəfər xəsarət alıb
Azərbaycan Servisi/Aran Agentliyi
Fevralın 5-dən bağlanan Şamaxı-Bakı yolu bu gün də açılmayacaq Bu barədə AzadlıqRadiosuna Dövlət Yol Polisinin xidmət rəisi Ərəstun Məcidov məlumat verib. Bakı-Şamaxı yolunun 21-ci km-dən 45-ci km-ə qədər olan hissəsi hələ də qar və buzla örtülüdür. Ərəstun Məcidov deyir ki, ötən gecə bu istiqamətdə yollarda qalan 500-dən çox adam xilas edilib və mənzil başına çatdırılıb: «Bu işdə Yol Polisinə hərbçilər kömək edib. Yolun təmizlənməsində, maşınların çıxarılmasında hərbi texnikadan istifadə edilib». Qeyd edək ki, Bakı-Şamaxı yolu fevralın 5-dən bağlıdır. Ərəstun Məcidov deyir ki, iki gün ərzində 5 yol-nəqliyyat qəzası olub, səkkiz nəfər xəsarət alıb.