İranda üç yeni peykin- "Misbah-2", "Tulu" və "Navid" peyklərinin təqdimati olub. Milli kosmos gününə həsr olunmuş tədbirdə İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə, İranda üç yeni peykin- "Misbah-2", "Tulu" və "Navid" peyklərinin təqdimati olub. Milli kosmos gününə həsr olunmuş tədbirdə İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib.
İran prezidenti çıxışı zamanı bildirib ki, dünyanın heç bir qüvvəsi İslam Respublikasına zərbə endirmək iqtidarında deyil.
O, fikrini belə davam etdirib: “Onlar hamısı bir yerə toplansalar belə yenə də heç bir iş görə bilməzlər. Bu dövrləri Allahın lütfü ilə geridə buraxmışıq.
Amma elə fikir yaranmasın ki, təhlükəsizliyimizin mükəmməlliyinə güvənərək, diqqətimizi azaltmışıq. Biz hər zaman istənilən təhlükənin qarşısını almağa hazırıq”.
Mərasimdə həmçinin "Simurq" raket daşıyıcısı da təqdim olunub. Mahmud Əhmədinejad həmin mərasimdən əvvəl isə İranın kosmik texnologiyalar sərgisində iştirak edib.
İranın telekommunikasiya naziri Rza Taqipurun verdiyi məlumata görə, bu peyklərin konstruksiyası yerli mütəxəssislər tərəfindən hazırlanıb və onların funksiyası ilə telekommunikasiya əlaqələri həyata keçirilir.
Xatırladaq ki, İranın ilk peyki olan "Ümid", 2009-cu il fevralın 3-də "Safir" raket daşıyıcısı ilə orbitə göndərilmişdi.