Tarix : 2010 Feb 07
Kod 16087

Ermənilər Qarabağ həqiqətlərinin yayılması ilə barışa bilmir

“Euronews” kanalının Dağlıq Qarabağ barədə reportajı Avropada yaşayan erməniləri qəzəbləndirib
Azərbaycan Servisi/Aran Agentliyi
“Euronews” kanalının Dağlıq Qarabağ barədə reportajı Avropada yaşayan erməniləri qəzəbləndirib. Münaqişə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması ilə barışa bilməyən ermənilərin Maltadakı icması kanala etiraz bəyanatı ünvanlayıb.

Fevralın 1-dən etibarən “Euronews” kanalında yayımlanan “Dağlıq Qarabağ: Azərbaycan məcburi köçkünlərinin düşərgəsində” reportajından sonra Maltadakı erməni icmasının bəyanatına görə, kanalın hazırladığı reportaj birtərəflidir.

“Hesab edirik ki, Dağlıq Qarabağla bağlı BMT qətnamələrini birtərəfli qaydada təqdim etmək və reportajda müharibəyə çağırışla bağlı fikirlərıi yayımlamaq düzgün deyil”,-deyə bəyanatda bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl "Euronews" çəkiliş qrupu rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edərək hazırladıqları reportajda separatçı qurumu müstəqil respublika kimi təqdim etmişdi. Bu, rəsmi Bakının sərt etirazına səbəb olmuşdu.

Yanvar ayının sonlarında isə "Euronews" kanalının müxbiri Laura Davidesku Azərbaycanın cəbhə bölgəsinə səfər edib, Davidesku Tərtər rayonunun cəbhə xəttində yerləşən Həsənqaya kəndində və Azərbaycan silahlı qüvvələrinin ərazidəki hərbi hissəsində, o cümlədən Ağdamda olub.

Qeyd edək ki, fevralın 1-dən etibarən “Euronews” kanalında yayımlanan reportajda Xocalı faciəsi barədə kadrlar da yer alıb. Kadrları "Euronews"a ANS telekanalı təqdim edib.
  • Yazılıb
  • da (də) 2010 Feb 07