İİR Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, İran Hava Qüvvələri komandir köməkçisi pilot general Nəsirzadə bu təyyarənin sınaq uçuşunun çox müvəffəqiyyətli keçdiyini bildirərək, "Qalxanbalığı" adı verilən və radara düşməyən bu təyyarə, müasir hava texnologiyasının nailiyyətlərindən hesab edildiyindən, ultra-müasir texnologiya məhsulları sırasında yer alır" - deyə qeyd edib.
Sözügedən müvəffəqiyyətli uçuşunun parametrləri və uçuş nəticələrinin hələ də araşdırıldığını bildirən general Nəsirzadə əlavə olaraq bildirib: "Təyyarənin müxtəlif testləri tamamlandıqdan sonra ardıcıl istehsal üçün Müdafiə Nazirliyinə veriləcək".