İİR Servisi/Aran Agentliyi
FaktXəbərn verdiyi məlumata görə, İranın müdafiə naziri general Vəhidi "Tufan-5" adlı zirehdəlici mərminin istehsal prosedurasının başladığına toxunaraq, "Bu gün dünyada "Tufan-5"-dən daha güclü bir mərmi yoxdur" - deyə bildirib.
General Əhməd Vəhidi, "Tufan-5"in xüsusiyyətlərindən danışarkən, dünyanın ən inkişaf etmiş zirehlərini belə rahatlıqla deşə bilən bu ultra müasir mərminin, dünyada əhəmiyyətli yeri olduğuna toxunub və "Bu gün dünyada bu mərmidən daha təsirli ola biləcək bir mərmi tanımırıq" - deyə vurğulayıb.
"Tufan-5"i, hədəfə ən ağır və ən dağıdıcı zərbəni vuraraq, zirehli texnika və tankı bir anda məhv edə bilən ən müasir anti-zireh mərmilərdən biri kimi göstərən general Vəhidi ayrıca olaraq, "Bu mərminin zirehli növlərindəki nüfuz dərinliyi çox yüksəkdir" -deyə əlavə edib.
Müdafiə naziri daha sonra "Qaim" adı verilən anti-vertolyot mərmilərinin istehsalına da toxunaraq, "Qaim anti-vertolyotları da, yarı ağır, idarə olunan mərmilərdən biridir. Bu mərmi, alçaqdan uçan sürəti aşağı hədəflər və xüsusilə də, səthləri zirehlə örtülmüş hücum vertolyotlarını məhv edə bilir. "Qaim" mərmiləri, lazer şüalarıyla təhciz edildiyindən, elektronik döyüşə qarşı çox müqavimətlidir" - dyə bildirib.