Azərbaycan Servisi/Aran Agentliyi
İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda rəsmi səfərdədir. O, bu gün Fəxri Xiyabanı ziyarət edib, Heydər Əliyevin məzarı önünə əklil dəstəsi qoyub. Daha sonra A. Liberman Şəhidlər Xiyabanını ziyarət edib.
Qeyd edək ki, qonaq səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycandakı yəhudi icmasının üzvləri ilə görüşəcək. Görüşlərdə beynəlxalq siyasət və təhlükəsizlik mövzusunda bir sıra məsələlərin müzakirəsi gözlənilir.
Səfər fevralın 11-də başa çatacaq.