Tarix : 2010 Feb 10
Kod 16123

Sionist nazir artıq Bakıdadır

İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Bakıda səfərdədir. Sionist nazir bu gün Fəxri Xiyabanda eks prezident Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Servisi/Aran Agentliyi
İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Bakıda səfərdədir. Sionist nazir bu gün Fəxri Xiyabanda eks prezident Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Qeyd edək ki, İsrail rejiminin nümayəndəsinin səfərdə əsas məqsədi iqtisadi və siyasi əlaqələri daha da inkişaf etdirməkdir. Danışıqlarda iqtisadi komissiyanın yaradılmasına dair müzakirələr də aparılacaq.

Rəsmi Təl-Əviv enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Sionist nazir səfər çərçivəsində Milli Məclisdə, Azərbaycanın xarici işlər və fövqəladə hallar nazirliklərində olacaq, ölkəmizdəki yəhudi icmasının üzvləri ilə görüşəcək. Müzakirələrdə Azərbaycan-İsrail rejimi əlaqələri, beynəlxalq siyasət, təhlükəsizlik və maraq doğuran digər məsələlərə toxunulacaq.\ANSPRESS\


Xarici İşlər Nazirliyinin mövqeyi: Türkiyə-İsrail qarşıdurmasında Azərbaycan Türkiyənin yanında deyil
2010-02-08 16:32

Bunu Milli.Az xəbər portalına açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə dostluq, müttəfiqlik münasibətləri mövcuddur, İsrail rejimi ilə də sıx əlaqələri var: “Sabah İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfər edəcək. Bu səfərin reallaşması da ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Türkiyə ilə İsrail rejimi arasındakı münasibətlər isə bu ölkələrin müəyyənləşdirdiyi xarici siyasət kursu ilə bağlı məsələdir. Biz bu ölkələrin hər ikisi ilə münasibətlərdən milli maraqlarımız üçün maksimal dərəcədə bəhrələnməyə çalışırıq”.(Milli.Az)


Sionist Liberman sabah Bakıya gəlir
2010-02-08 15:35:22
İsrail rejiminin xarici işlər naziri Aviqdor Libermanın fevralın 9-da Azərbaycana ikigünlük səfəri başlayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Turana bildiriblər.

Sionist naziri Azərbaycan xarici işlər naziri ilə görüşəcək. Libermanın prezident İlham Əliyev tərəfindən də qəbul ediləcəyi gözlənilir. Səfərin yekunu olaraq hər-hansı sənədin imzalanması nəzərdə tutulmur.

Aviqdor Liberman fevralın 10-da səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək./Turan/



Sionist Liberman bu gün Bakıya gəlir
2010-02-08 10:25:41
Xəbər portalları İsrail rejiminin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verirlər ki, səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşəcək.

Libermanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin spikeri Oqtay Əsədov, həmçinin Azərbaycanın yəhudi icmasının rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.

Qeyd olunur ki, bu, Azərbaycanla İsrail rejimi arasında 18 illik diplomatik münasibətlər tarixində bu rejimin xarici işlər nazirinin Bakıya ilk səfəridir. /Milli.Az/1news.az
 
 
  • Yazılıb
  • da (də) 2010 Feb 10