Onlar yollarda təkərlər yandıraraq, nəqliyyat vasitələrinin hərəkətinə mane olublar
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin Adana şəhərində PKK terror təşkilatının bir qrup tərəfdarı cizaəsiz aksiya keçirib. Aksiya PKK lideri Abdullah Öcalanın 2006-cı ildə Türkiyəyə gətirilməsinə özünü yandırmaqla etiraz edən Veysi Kayanın ölümünün ildönümü ilə bağlı keçirilib.
PKK tərəfdarları yollarda təkərlər yandıraraq, nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. PKK lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirən yüzlərlə maskalı şəxsə polis müdaxilə edib. Polis əməkdaşlarına daş və Molotov kokteyli atan qrup, sonra ara küçələrə qaçaraq dağılıb.