Bakıya gələn İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Türkiyəni düşmən münasibətdə suçladı
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıya gələn İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Türkiyəni düşmən münasibətdə suçladı. Vesti.az-ın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, Liberman iddia edib ki, onun təmsil etdiyi rejim "onilliklərdir ki, rəsmi Ankara ilə dost münasibətlər qurmağa çalışdığı halda, türk diplomatiyasının axırıncı addımları bizim üçün tamamilə qəbuledilməzdir".
Bu azmış kimi, İsrail rejiminin XİN başçısı Türkiyədən bu münasibətləri dəyişdirilməsini də istəmişdir.
Xatırladaq ki, Türkiyə dövləti İsrail rejimini Fələstinə qarşı yol verdiyi cinayətlərərə görə ittiham edir və fələstinlilərin qətliamını dayandırmağı tələb edir. Öz cinayətkar siyasətinin pislənməsinə öyrəşməyən İsrail rejimi, bunun müqabilində Türkiyənin bu rejimdəki səfirini, bununla da, Türkiyə dövlətini aşağılamışdır. Türkiyə dövləti bununla bağlı ciddi surətdə öz etiraz və narahatlıqlarını bildirdikdə isə, İsrail rejiminin yetkililəri buna çox kəskin reaksiya vermişdir.Deyerler.org