Sionist rejimin xarici işlər naziri Liberman Bakıda olarkən yenə də Türkiyə əleyhinə yönəlmiş sözləri ilə Ankara ilə Tel-Əviv arasındakı gərginliyi artırıb
Türkiyə Servisi/Aran Agentliyi
Sionist rejimin xarici işlər naziri Liberman Bakıda olarkən yenə də Türkiyə əleyhinə yönəlmiş sözləri ilə Ankara ilə Tel-Əviv arasındakı gərginliyi artırıb
Sionist rejimin xarici işlər naziri Liberman Bakıdakı görüşlər zamanı çıxışlarında Türkiyənin Tel-Əvivə qarşı münasibətini mühakimə edib. Həmçinin bildirib ki, Türkiyənin xarici siyasəti gözlənilməz və anlaşılmazdır. Xəbəri xarici agentliklər yayıb.
Xatırladaq ki, İsrailin Fələstinə qarşı apardığı əməliyyata zidd olan Türkiyə ilə münasibətləri hədsiz dərəcədə pisləşmişdir. Sonrakı proseslərdə İsrail rəsmən üzr istəsə də bu münasibətlər hələ də gərgin olaraq qalır.
Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu dünən keçirilən beynəlxalq tədbirdə İsrail Xarici İşlər Nazirirnin müavini ilə bir tədbirdə oturmamış və akar şəkildə iclası tərk etmişdir. Bu hərəkətdə Misir və Səudiyyə xarici işlər nazirləri də gözlənilmədən Davudoğlu ilə bir yerdə tədbirdən çıxmışlar.