2010-cu il fevralın 13-ü Azərbaycanın müasir tarixinə növbəti qara səhifə kimi yazıldı. Bir daha İslam və dinin ölkədə ciddi təzyiqlərə məruz qalması sübut edildi
Azərbaycan Servisi/Aran Agentliyi
2010-cu il fevralın 13-ü Azərbaycanın müasir tarixinə növbəti qara səhifə kimi yazıldı. Bir daha İslam və dinin ölkədə ciddi təzyiqlərə məruz qalması sübut edildi.
Belə ki, bir qrup dindarın Peyğəmbərin və İmam Həsənin (ə) şəhadətləri münasibətiylə Şəhidlər Xiyabanına yürüş keçirmək və dinc aksiya təşkil etmək cəhdləri polis tərəfindən amansızcasına və qəddarlıqla alınıb. İnsanlar dəyənəklərlə döyülüb, qeyri-qanuni olaraq polis bölməsinə aparılıb.
Digər bir özbaşnalıq isə Biləcəri qəsəbəsində qeydə alınıb. Peyğəmbərin və İmam Həsənin (ə) şəhadəti münasibətiylə matəm məclisi təşkil etmək niyyətində olan dindarlar Binəqədi polisi tərəfindən saxlanılaraq, bölməyə aparılıblar.
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi baş verən özbaşnalığa və insan hüquqlarının kobud surətdə pozulmasına qəti etirazını bidirir, ölkənin müvafiq rəhbər strukturlarına səslənərək, bu məmur və polis özbaşnalığına, İslama qarşı təzyiqlərə son qoymağa çağırır.