İnanclı insanlar heç bir səbəb göstərilmədən polisə çağırılırlar, onlar bu qanunsuzluğa etiraz etdikdə və rəsmi çağırış vərəqəsi tələb etdikdə isə polis onlara hədə-qorxu gəlir
Azərbaycan Servisi/Aran Agentliyi
Biləcəridə saxlanılanlar azadlığa çıxıblar, Bakıdakı tədbirdə saxlanılanların isə 4 nəfərin Yasamal rayon Polis İdarəsinə, 14 nəfərin isə Yasamal rayon Məhkəməsinə aparıldığı bildirilir
Birlik.az-a Sumqayıtdan daxil olan məlumatda bildirilir ki, bu gün Bakı şəhərində dindarların aksiyası polis zorakılığı ilə dağıdılanadan və Biləcəri qəsəbəsində inanclı insanlar polis tərəfində saxlanılandan sonra, Sumqayıtda da imanlılara qarşı təziqlər başlayıb. İnanclı insanılar heç bir səbəb göstərilmədən polisə çağırılırlar, onlar bu qanunsuzluğa etiraz etdikdə və rəsmi çağırış vərəqəsi tələb etdikdə isə polis onlara hədə-qorxu gəlir.
Bu arada İslam-Azeri.az internet qəzetindən məlumat aldıq ki, Biləcəridə həbs edilən dindarlar azad edilib."Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədovun bildirdiyinə görə həbslə bağlı polis bölməsindən onlara heç bir səbəb göstərilməyib. Sadəcə onlara səhv məlumat verildiyini və bazar ertəsi günü polis bölməsində saxlananların məhkəməyə cərimə ödəməli olduqlarını bildirib.Lakin araşdırmalarımız zamanı sıravi polislərlə apardığımız sorğu və digər başqa səbəblərdən əldə etdiyimiz qənaətə görə bu qeyri-qanuni həbslərin səbəbi yalnız və yalnız əzadarlıq məclisinin qarşısının alınması olub. Əzadarlıq məclisi isə başqa bir yerdə baş tutub və keçirilib.
Bakıdakı tədbirdə saxlanılanların isə 4 nəfəri Yasamal rayon Polis İdarəsinə, 14 nəfəri isə Yasamal rayon Məhkəməsinə aparıldığı bildirilir.