Tarix : 2010 Feb 14
Kod 16179

Məzlumların ahı yerdə qalmaz

.
Azərbaycan Servisi/Aran Agentliyi
Olanlara məmur özbaşınalığı adı qoyaq.
Baş verən son hadisələr bunu göstərir ki, Azərbaycanda digər dinlərdən fərqli olaraq İslam dini tam olaraq boğulmaq ərəfəsindədir. Bəlkədə çox hissəsi artıq boğulub.
Bəzi məmurlar tərəfindən verilmiş göstəriş hətta ölkədə dindarlara qarşı repressiya olduğunu göstərir.
Son illərdə Azərbaycanın böyük şəhərlərində Azan qadağası və dindarların kütləvi həpsi, dəfələrlə məktəblərdə hicab qadağasının gündəmə gətirilməsi və nəhayət məscidlərin dağıdılması buna sübut kimi göstərilə bilər.
Azərbaycanda baş verən hadisələri hərə bir cür dəyərləndirir.
Bəziləri, insanların maarifləndirilməsini daha üstün tutur.
Bəziləri, dini fanatizmin artması nəticəsində hadisələrin bu hadisələrin baş verdiyini düşünür.
Bəziləri isə baş verənlərə dözə bilməyərək etiraz etmək istəyir.
Lakin etirazçılar nə ilə qarşılanırlar. Polislərin acımasız simaları ilə. Və yaxudda dəyənəkləri ilə.
Polislər insanların asayişini qorumaqdansa, bunu ən geniş surətdə pozanlarda elə özləridir.
13 fevral inanclı insanların İslam dininin Peyğəmbəri və İmam Həsənin (ə) şəhadət günlərini sivil yürüş keçirərək şəhidlər xiyabanındakı şəhidlərlə birlikdə qeyd etmək istədi.
Bəs bu nə ilə nəticələndi. Polis inanclı şəxsləri ölənə kimi döymək “andı içdi”. Hamıya hücum etdi. Bir halda ki, yubkalı şotlandiyalıların Bakının mərkəzində azadlıq yürüşü keçirdiyi zaman polis onların mühafizəsini edirdi.
Kiminin başı partladı, kiminin dişi qırıldı, hətta bəziləri beyin travması belə aldı.
Daha sonra nə oldu?! Döyülənlər daha da şücayətləndi, daha da izzətləndi və imanı daha da artdı.
Bəs yaxşı baxaq görək polisin halı necə oldu. Hamı onların rəzilliyini gördü, “içdikləri and” onları cəhənnəm atəşinə sürüklədi.
Mediada da bəzi insanların bu yürüşə münasibətini bildirən şəxslərin şərhini oxudum. Polisin vuran əlinin var olması üçün dua edənləri gördüm, inanclı şəxslərin bu cür döyülməsini dini fanatizmin qarşısının alınması üçün ən yaxşı üsul olduğunu bildirənləri gördüm.
Hətta “ALLAHU ƏKBƏR” deyənləri rafizi adlandıraraq onlara olanların “əla” olduğunu deyənləri də gördüm. Bəs görəsən, polisin onlardan bir söz soruşanda “titrəyə-titrəyə” cavab vermələrimi bu sözləri onların deməsinə səbəb oldu.
İmam Hüseyndən (ə) bir hədis var: “Dininiz yoxdur, heç olmasa qeyrətiniz olsun.”
Elə buna görədə İmam Hüseyn (ə) adına təşkil olunmuş məclislərin qarşısı alınır. Buna görə də, “Hüseyn-Hüseyn şüarımız, şəhadət iftixarımız”-deyənlər zalımların bir nömrəli düşməni olur.
Quranda zalımlar barədə çox sayda ayələr var.
Onların hamısını qeyd etmək fikrim yoxdur. Lakin istəyirəm bildiyiniz bu ayələri bir daha nəzərinizə çatdırım.
6-cı surə 21-ci ayə: “Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”
Allah bizləri aşağıdakı ayələri yalan sayan şəxslərdən etməsin.
2-ci surə 114-cu aye: Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
Bəs məscidi sökülən dindar heç zaman etiraz etməsin?!
Birdə bunu unutmaq olmaz,“Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.”
Hər halda insan hətta dediklərinə görədə cavab verəcək.
Biz müsəlmanlar İmam Hüseyn (ə) məclislərində çoxda iştirak etməsəkdə zalımlar İmam Hüseyn məclislərini və ona saxlanılan əzadarlıqları çox qüdrəli sayır və hər yolla bunun qarşısını almaq üçün addımlar atır.
Quranda olan Cumə sürəsinin sonuncu ayələrindən birində də belə qeyd edilir. “Allah zalım adamları doğru yola yönəltməz.” İmamlardan bunun bağlı açıqlama istədikdə, zülm qarşısında susan şəxsin günahının zalımın günahından daha çox olduğunu bildirmişlər.
Ya İmam Hüseyn bizi sənin məktəbinin yanından keçənlərdən et.
Bu ayəyədə nəzər salmaq lazımdır.
“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.
İnsan haqqlarının bu sürətdə pozulmasına hansı don geyindirilirsə geyindirilsin aşağıdakı fotoya heç bir ad qoymaq olmaz.
Bu fotoya baxanda təzyiqə məruz qalmış bir insanın rəvayəti yadıma düşür.
Rəvayətə götə, “Bir nəfər şah qoşunları tərəfindən döyülür və sifəti eyni bu döyülən şəxs kimi qana boyanır. Yıxılan halda bu şahın əsgərinə dərin baxışlarla baxır. Əsgər ona niyə baxırsan, qorxursan? deyə sual edir.
O isə cavabında, xeyr qorxmuram, sadəcə sənin cəhənnəmdə yanacağıva baxmaq üçün sənin simavı yadda saxlamaq istəyirəm-deyir.”
Yəqinki bu simaları hamımız birlikdə videolardan olsa belə izlədik.
Tural Əliyev
islam-azeri.az
  • Yazılıb
  • da (də) 2010 Feb 14