Tarix : 2010 Feb 14
Kod 16181

Bakının həbslərində sionizm izi

Ekspertlərin fikirinə görə sionist rejimin rəsmilərinin Bakıya səfərlərindən sonra Azərbaycanda fəaliyyət göstərən anti-sionist partiya və təşkilatlara təzyiqlərin edilməsi göstərişi verilib
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə həbs edilənlər arasında mətbuatda sionizmə qarşı məqalələri və açıqlamaları ilə tanınan Azərbaycan İslam Partiyasının funksioneri Kərbəlayi Elmar Səmədovda var.
Ekspertlərin fikirinə görə sionist rejimin rəsmilərinin Bakıya səfərlərindən sonra Azərbaycanda fəaliyyət göstərən anti-sionist partiya və təşkilatlara təzyiqlərin edilməsi göstərişi verilib.
Qeyd edək ki, dünən onlarla dindar Bakının mərkəzində Şəhidlər Xiyabanına gedərkən həbs edilib, həmçinin Biləcəridə İslam Peyğəmbərinin şəhadətilə bağlı tədbir təşkil edən 6 nəfər Binəqədi polisi tərəfindən bölməyə aparılıb və 3 saatdan sonra azad edilib.
Lakin Biləcəridə həbs edilənlər də sabah Binəqədi məhkəməsinə çağırılıblar.
İslam-Azeri.az
  • Yazılıb
  • da (də) 2010 Feb 14