Tarix : 2010 Feb 16
Kod 16186

Elçin Behbudov: “Təzyiqlərə və həbslərə məruz qalanların hüquqlarını müdafiə etməyə hazıram”

Ölkənin hüquq müdafiə təşkilatlarının təmsilçiləri son şənbə hadisələri ilə bağlı açıqlamalarla çıxış edirlər
Azərbaycan Servisi/Aran Agentliyi
Ölkənin hüquq müdafiə təşkilatlarının təmsilçiləri son şənbə hadisələri ilə bağlı açıqlamalarla çıxış edirlər. “Belə halı mən qətiyyətlə pisləyirəm. Hamımız müsəlmanıq. Hər bir dinin peyğəmbəri var, biz müsəlmanların da peyğəmbəri var. Mən həm də bir hacı kimi deyirəm ki, bu addımlar tənqid edilməlidir. Dindarlara əl qaldırmaq, onlara fiziki güc tətbiq etməyi, onların şərəf və ləyaqətlərini alçaltmanı mən qətiyyətlə pisləyirəm. Mən çox xahiş edərdim ki, həmin təzyiqlərə və həbslərə məruz qalan şəxslər mənə yazılı şəkildə müraciət etsin. Mən onların hüquqlarını müdafiə edərəm. Kimlər həbs olunub, kimlər döyülüb, müraciət etsinlər. Həbsdə olanların da ziyarət olunması istisna deyil. Bu mənim üçün problem deyil”, - deyə hüquq müdafiəçisi Elçin Behbudov son şənbə olayları ilə bağlı münasibətini açıqlayarkən deyerler.org-a açıqlamasında bildirmişdir.
Xatırladaq ki, son şənbə bir qrup dindar həmin gün Peyğəmbərin (s) rehləti münasibətilə yürüş keçirərək "Şəhidlər Xiyabanı"ndakı şəhidlərimizin məzarları önünə əklil qoymağa cəhd ediblər. "Füzuli" meydanından xiyabana gedən istiqamətdə polis onların bu yürüşünün qarşısını almışdır. Yürüş iştirakçılarına polis tərəfindən fiziki güc tətbiq edilmiş, onlara xəsarətlər yetirilmişdir. Onlardan bir neçəsi həbs edilərək haqqında cinayət işi açılmışdır. Durumla bağlı DEVAMM da həmçinin bəyanatla çıxış etmişdir. /
Deyerler.org/
 
  • Yazılıb
  • da (də) 2010 Feb 16