Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli bir zabiti dövlət sirrini yaymaq isttihamıyla həbs edilib
Azərbaycan Servisi/Aran Agentliyi
Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli bir zabiti dövlət sirrini yaymaq isttihamıyla həbs edilib. Müdafiə Nazirliyinin sözçüsü Seyran Şahsuvaryan deyib ki, nazirliyin deprtament müdiri Armen Sarkisyanı 2008-ci ilin fevralında imzalanan bir gizli əmri açıqlamağa görə həbs ediblər.
2008-ci il fevralın 23-də Müdafiə Naziri Mikael Harutunyanın imzaladığı həmin sənəddə orduya siyasi etirazları yatırmağa hazır olmaq tapşırığı verilir. Həmin sənəd 2 həftə əvvəl müxalifət qəzeti olan “Haykakan Jamanak”da dərc olunmuşdu. Armen Sarkisyan da məhz bu sənədin surətini qəzetə ötürməklə dövlət sirrini yaymaqda ittiham olunur. Sarkisyan özü isə ittihamı quruama adlandırıb.