Ölkə başçısına daxil olan müraciət tam geniş surətdə təqdim edilmişdir
Azərbaycan Servisi/Aran Agentliyi
“Fatiməyi-Zəhra (s.ə.)” məscidinin dini icmasından deyerler.org-a daxil olan məlumata əsasən bəlli olmuşdur icma üzvləri məscidin son durumu ilə əlaqədar respublika prezidentinə rəsmi olaraq müraciət etmişlər. Ölkə başçısına daxil olan müraciət tam geniş surətdə təqdim edilmişdir. Belə ki, prezidentə ünvanlanan müraciətə 64 vərəqdən ibarət əlavələr təqdim edilmişdir. Bunların içində məscidin tam qanuni olaraq fəaliyyət göstərməsini sübuta yetirən sənəd və foto şəkillər yer alıb. Müraciətdə ilk olaraq qeyd edilir ki, hazırki tikilməkdə olan məscidin inşası bir başa olaraq keçmiş Azərbaycan prezidenti H.Əliyevin şəxsi tapşırığı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin 21 avqust 1996-cı il tarixli 1179 saylı sərəncamı əsasında ayrılmış torpaqda aparılıb.
Müraciətin sonunda icma nümayəndələri prezidentin diqqətini məscidlə bağlı problemə çəkərək Ali Məhkəmənin ədalətli qərar çıxarmasına ümid edirlər.