Mövsüm Səmədov: "Bir qrup şəxsin döyülməsi və saxlanılaraq bölmələrə aparılması məntiqsizliklə yanaşı həm də Azərbaycan xalqının əzilməsini nümayiş etdirir"
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi bu gün İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Həsənin (ə) şəhadət gününə təsadüf edir. Gənclər bu iki şəxsiyyətin anım mərasimini şəhidlər xiyabanında qeyd etmək məqsədilə Hacı Soltanəli məscidindən yürüşə başlayıblar. Yürüş icazəli olduğu üçün bir qrup gənc əllərində gül-çiçək şəhidlər xiyabanı istiqamətində hərəkətə ediblər. Füzuli meydanını keçdikdən sonar onları müşahidə edən polislər yürüş iştirakçılarını vəhşiliklə dağıdıb, əksəriyyətini isə polis bölmələrinə aparıblar. Sözügedən hadisəyə münasibət bildirən Fəzilət Partiyasının sədri Gündüz Hacıyev FaktXəbərə açıqlamasında dedi: “Birmənalı olaraq belə hadisələr pislənilməlidir. Əziz Peyğəmbərimizin (s) rehləti günü müsəlman gənclərin vəhşiliklə döyülməsi heç bir normaya sığmır. Yürüş dinc xarakter daşıyırsa, burada “dubinkaya” və zorakılığa ehtiyac qalmır. Görünür müsəlman xalqına növbəti işğəncə belə nəzərdə tutulubmuş. Hesab edirəm ki, yəhudi nökərləri bu əməllərilə öz ağalarının xoşuna gəlmək istəyirlər”.
G.Hacıyev belə hadisələrin baş verməsini xalq-hakimiyyət arasında uçurumun yaratdığını bildirdi: “Polis camaatın ümid və pənah yeri olmalıdır. Eyni zamanda polislər xalqın təhlükəsizliyini təmin etmək missiyasını daşıyırlar. Belə hallarda isə hakimiyyətə ciddi inamsızlıq yaranır”.
Sözügedən hadisəyə münasibət bildirən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov bizimlə söhbətində polis vəhşiliyini önə çəkdi: “Biz həmişə olduğu kimi indi də polis zorakılığının şahidi oluruq. Bir qrup şəxsin döyülməsi və saxlanılaraq bölmələrə aparılması məntiqsizliklə yanaşı həm də Azərbaycan xalqının əzilməsini nümayiş etdirir. Heç bir hakimiyyət xalqa və millətə qarşı belə amansız işgəncələr vermir. Hesab edirəm ki, belə hadisələr xalqla polis arasında ciddi narazılıqlara gətirib çıxarda bilər”.
M.Səmədov əlavə etdi ki, insanları əzməklə onların hüquqlarını kobudcasına tapdalayırlar. Bu da Azərbaycan polisinin öz xarakteri deyil: “Vəhşi sionist rejimi xüsusi tapşırıq və göstərişlə müsəlman xalqını sındırmaq istəyir. Bununla da sübut etməyə çalışır ki, təkcə müsəlmanlara deyil, bütün dünyaya hakim məhz cinayətkar İsrail rejimidir. Biz isə onlara anladırıq, səhv edirsiniz siz bizim ölkəyə sahib çıxa bilməzsiniz. Çünki buranın qeyrətli gəncləri var”.