Tarix : 2010 Feb 19
Kod 16244

Rusiyadan ''Nabukko''ya daha bir zərbə

Rusiyanın “Qazprom” şirkəti “Cənub axını” qaz kəməri layihəsinə "Nabukko"da iştirak edən dövləti- Rumıniyanı dəvət edib
Russia Servisi/Aran Agentliyi
Rusiyanın “Qazprom” şirkəti “Cənub axını” qaz kəməri layihəsinə "Nabukko"da iştirak edən dövləti- Rumıniyanı dəvət edib. Bu barədə Rumıniyanın iqtisadi inkişaf naziri Adrian Videanu məlumat verib. “Qazprom”un Rumıniyanın "Transgaz" şirkətinə etdiyi təklifin detalları haqda ətraflı məlumat verilmir.

"Cənub axını" layihəsi Avropaya yeni qaz tədarükü marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın ENİ və Rusiyanın "Qazprom" şirkətləri həyata keçirir. Bu şirkətlər 2007-ci il iyunun 23-də dəniz qaz kəmərinin çəkilişi barədə saziş imzalayıb.

Kəmərin tikintisi 2013-cü ilə planlaşdırılır. Kəmərin illik ötürücülük qabiliyyəti 47-63 milyard kubmetrdir. Layihə baş tutarsa, Rusiyanın Ukraynadan qaz tranzitinin asılılığı azalmış olacaq.
ANS
 
 
  • Yazılıb
  • da (də) 2010 Feb 19