Tarix : 2010 Feb 22
Kod 16264

Prezident Əhmədinejad: ''Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyim sayırıq!''

ranın "Aran" İnformasiya Agentliyinin verdiyi məlumata görə, bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikasının
Iran Servisi/Aran Agentliyi

İranın "Aran" İnformasiya Agentliyinin verdiyi məlumata görə, bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşüb. Görüş zamanı prezident Əhmədinejad bildirib ki, İran və Azərbaycan arasındakı münasibətlərə heç bir kənar qüvvələr və heç bir amil təsir göstərə bilməz. O, iki qardaş dövlət arasında olan münasibətlərin inkişafının bundan sonra da davam edəcəyini vurğulayıb. Prezident Əhmədinejad həmçinin bunları söyləyib: "Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. İki qardaş xalq və dövlət arasındakı münasibətlərin gələcəyi parlaqdır. Biz hər zaman Azərbaycanın yanındayıq və bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək üçün lazım olan bütün addımları atacağıq." İran prezidenti əlavə edib ki, İran həmişə Azərbaycanın təhlükəsizliyini və inkişafını dəstəkləyib: "İran Azərbaycan Respublikasının təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və qardaş dövlətin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni etməyə hazırdır." O, qardaş dövlətin üzləşdiyi problemlərin həllində, o cümlədən ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib. Prezident Əhmədinejad həmçinin bunları söyləyib: "Bu gün ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşması üçün geniş proqramlar mövcuddur. Rəsmi Tehran viza rejimini birtərəfli qaydada ləğv edib və bu, İranın qardaş Azərbaycan xalqına hörmətinin bir göstəricisidir". Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov da iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib və bunun hər iki dövlətin maraqlarına cavab verdiyini vurğulayıb. O, həmçinin İranın Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyinə görə İran prezidentinə öz minnətdarlığını bildirib. "Aran" İA

  • Yazılıb
  • da (də) 2010 Feb 22