Ayətullah Xamenei, İslam Respublikasına hörmət və sevgilərini davam etdirənlərin bu qanunlara də hörmət etmələrinin lazım olduğunu vurğuladı
İİR Servisi/Aran Agentliyi
İran İslam Respublikası Lideri Ayətullah Seyid Əli Xamenei Cümə axşamı günü verdiyi açıqlamada “İslam İnqilabı ilahi dəstək və xalqın mübarizəsi ilə bir konstitusiya üzərinə qurulmuşdur” – dedi.
Ayətullah Xamanei, xalqın böyük bir qisminin dəstəyini alan bu İnqilabın qanunlarına hörmət edilməsinin lazım olduğunu qeyd etdi.
Mütəxəssislər Məclisi üzvlərinə xitabən Ayətullah Xamanei, İranın quruluş təməllərini meydana gətirən konstitusiya qanunlarının bu ölkə insanların mənfəətləri göz önünə alınaraq hazırlandığını və İslam Respublikasına hörmət və sevgilərini davam etdirənlərin bu qanunlara də hörmət edilmələrinin lazım olduğunu vurğuladı.
İslam Respublikasında seçki azadlığı və səs haqqının olmasına baxmayaraq bəzi qrupların şiddətə müraciət etməsini tənqid edən Lider, xalqın təhrikedici fəaliyyətlərə qarşı həssas və diqqətli olmaları lazım olduğunu ifadə etdi.
Son prezidentlik seçkilərinə toxunan Ayətullah Xamenei, şiddət hərəkətləri ilə müxalif olanların etibarlılıqlarını itirdiklərini söylədi.
Son olaraq Ayətullah Xamenei, İran xalqının öz şəxsiyyətlərini, dövlətlərini və konstitusiyalarını qorumaları lazım olduğunu söylədi və qlobal müstəkbirlərin hücumlarına qarşı hər zaman oyanıq olmaları lazım olduğunu qeyd etdi.