Bu günkü Tehran Cümə namazı Konstitusiya Qoruyucular Şurası sədri Ayətullah Əhməd Cənnətinin imamlığında qılındı.
İİR Servisi/Aran Agentliyi
11 Fevraldakı İslam İnqilabı ildönümü yürüyüşlərində İran millətinin göstərdiyi İslami sevgiyə işarə edən Tehran Cümə Namazı xətibi, İranın, imperialistlərə qarşı olduğu kimi onunla mübarizə etdiyini və dünya üzərində suverenlik qurmasına icazə verməyəcəyini söylədi.
Bu günkü Tehran Cümə namazı Konstitusiya Qoruyucular Şurası sədri Ayətullah Əhməd Cənnətinin imamlığında qılındı.
Xütbəsinin başında 11 Fevraldakı İslam İnqilabı ildönümü yürüyüşlərində İran millətinin göstərdiyi İslami sevgiyə işarə edən Ayətullah Əhməd Cənnəti, İran milləti bu gündə şəhidlərini unutmadığı kimi düşmənlərini unutmadığını, gündəmlərlə yaxından maraqlandığını və nizamın gücünü qoruduğunu söylədi.
11 Fevraldakı fitnəçilərin hərəkətlərini xatırladan Ayətullah Cənnəti, bu gündə İran milləti İsrail və ABŞa möhkəm bir zərbə endirdiyini, onları isə bu günü heç bir zaman unuda bilməyəcəklərini qeyd etdi.
Konstitusiya Qoruyucular Şurası sədri, Rəhbərin buyruqlarına işarə edərək, İranın, imperialistlərə qarşı olduğu kimi onunla mübarizə etdiyini və dünya üzərində suverenlik qurmasına icazə verməyəcəyini söylədi və danışmasının davamında İmam Xomeyni(r.a)-nin “Amerika heç bir şey yeyə bilməyəcək” şəklindəki sözünü xatırlatdı.
Fitnəçilərə xitab olaraq da danışmasını davam etdirən Ayətullah Cənnəti, “Şimon Peres, Netanyahu və Obama sizi təşviq etdi… İsrail və Amerikadan imtina edin… sizin üçün artıq heç bir şey qala bilmişdir… iç üzünüz ortaya çıxmışdır, yol hələ sizin üçün açıqdır. Geri qayıdın. “dedi.
Xütbəsinin bir qisimində Cundullah təşkilatın terrorist başı Əbdüməlik Riginin tutulmasına işarə edən Ayətullah Cənnəti, 409 adamın ölümündən məsul olan bu caninin canlı olaraq tutulmasına Allah kömək etdiyinin vurğuladı.
Xütbəsinin digər hissəsində sabahdan başlayacaq Vəhdət Həftəsinə də təmas edən Tehran Cümə Namazı xətibi, Şiə və Sünni arasındakı vəhdəti vurğuladı.
Ayətullah Əhməd Cənnəti, xaricilərin İraqın daxili işlərinə qarışmalarına da işarə edərək, Amerikanın, Bəəsçiləri İraqda iş başına gətirərək öz adamlarını bu ölkədə yerləşdirmək istədiyinə diqqət çəkdi.