Tarix : 2010 Feb 27
Kod 16322

İzmirdəki tarixi bazarda yanğın baş verib

Baş vermiş yanğına qısaqapanmanın səbəb olduğu güman edilir
Türkiyə Servisi/Aran Agentliyi

Türkiyədə güclü yanğın baş verib. “Doğan” agentliyi (DHA)  xəbər verir ki, bədbəxt hadisə İzmir şəhəri tarixi “Kəməraltı” bazarındakı 2 mərtəbəıli binada baş verib. Alt mərtəbəsi mağaza, üst mərtəbəsi oyuncaq anbarı olan binada baş vermiş yanğına qısaqapanmanın səbəb olduğu güman olunur.

Yolların dar olması və çox sayda avtomobilin olması yanğınsöndürmə maşınının hadisə yerinə vaxtında çatmasına mane olub. Bundan başqa oyuncaq anbarında olan fişənglərin partlamağa başlaması da yanğına müdaxiləni gecikdirib. Xöşbəxtlikdən yağın nəticəsində xəsarət alan olmayıb.ans

  • Yazılıb
  • da (də) 2010 Feb 27