İranda həbs edilmiş “Cundulla” qruplaşmasının lideri Əbdülmalik Rigi Amerika xüsusi xidmət orqanları ilə bağlılığını etiraf edib
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə, İranda həbs edilmiş “Cundulla” qruplaşmasının lideri Əbdülmalik Rigi Amerika xüsusi xidmət orqanları ilə bağlılığını etiraf edib. Əbdülmalik Rigi bildirib ki, onun başçılıq etdiyi qruplaşma Mərkəzi Kəşfiyyat İdarəsinin casuslarından silah, partlayıcı qurğular və rabitə vasitələri alıb: “ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar keçirməsi problemli göründüyündən, MKİ İran hakimiyyətinə qarşı silahlı mübarizə aparan təşkilatları himayə edir”.
“Cundulla” lideri bildirib ki, amerikalılar onunla birneçə il bundan əvvəl Pakistanda təmas qurublar. Sonra əsasən Dubayda MKİ casusları ilə görüşlər keçirilib. Qruplaşma rəhbərinin sözlərinə görə, bu görüşlərdə ona hərtərəfli dəstək veriləcəyi və dayaq bazalarının yaradılmasına yardım göstəriləcəyi vəd olunub: “Belə bazanın Bişkek yaxınlığındakı Manas Amerika bazasının ərazisində yaradılması planlaşdırılırdı”.
Xatırladaq ki, Əbdülmalik Rigi fevralın 23-də Dubaydan Bişkekə uçan təyyarənin göyərtəsində həbs edilib.