Suriyada səfəri çərçivəsində Mahmud Əhmədinejad bu gün Livan Hizbullahının lideri Seyyid Həsən Nəsrullah ilə görüşüb
İİR Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, İran İslam Respublikasının prezidenti Suriyada səfərdədir.
İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə, Suriyada səfəri çərçivəsində Mahmud Əhmədinejad bu gün Livan Hizbullahının lideri Seyyid Həsən Nəsrullah ilə görüşüb. Görüşdə İranın Xarici İşlər Naziri Manuçehr Müttəki də iştirak edib. Daha sonra Suriya prezidenti Əhmədinejadın şərəfinə ziyafət verib.
Ziyafətdən sonra görüşdə Mahmud Əhmədinejad, Hizbullah lideri Seyyid Nəsrullah, Həmasın siyasi bürosunun sədri Xalid Məşəl və bir sıra siyasətçilər də iştirak edib.
İran prezidenti həmçinin İmam Əli (ə)-ın qızı Həzrəti Zeynəb salamulla əleyhin türbəsinə gedərək ziyarət edib.