Azərbaycan İslam Partiyası fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib
Azərbaycan Servisi/Aran Agentliyi
Partiya funksiyonerləri abidə önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsini yad ediblər. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.