Azərbaycan Servisi/Aran Agentliyi
İlyas Vahidi
Aran Agentliyi/ Azərbaycan bölməsi
İranda olduğu kimi Azərbaycan respublikasında Şiə məzhəbi səfəvilər dövründə geniş şəkildə yayıldı və əksər xalqın məzhəbini təşkil edir.hal-hazırda Azərbaycan respublikasında əhalinin 75-80%-ni müsəlman təşkil edir və bütöv əlalinin 70-75%-ni şiələr təşkil edir.Azərbaycanda yaşayan xalıqın əksəriyyəti Azəri və şiə məzhəbdir.azərilərdən sonra əksəriyyəti təşkil edənlər talışlardır.Azərbaycanda yaşayan başqa etniklər, o cümlədən ləzgilər, tatarlar, kürdlər, avarlar da müsəlmandırlar və onların arasında şiə məzhəb azdır.
Azərbaycan respublikası keçmiş dövrlərdə dini təzyiqlərə baxmayaraq öz etiqadlarını qoruyublar.osmanlılar sünni məzhəb olduqlarına görə İrana və indiki Azərbaycanın şiələrinə hücum edirdilər.çar dövründə ruslar ortodoksu Azərbaycanda yaymaq niyyətində idilər.bu iki hakimiyyət şiələrin dini etiqadlarını zəiflədə bilmədi.ancaq sovet hakimiyyəti dinə qarşı olduğu üçün Azərbaycanın şiə xalqına təzyiq göstərdi və sovet hakimiyyəti bütün dinləri(müsəlman, xristian, yəhudi və ...)məhv etmək niyyətində idi.Çar dövründə Qafqaz ərazisi Rusiyaya tabe olduqdan sonra Qafqazdakılara bir çox məhdudiyyətlər yarandı, ancaq imperatorluqda olan daxili problemlərə görə bu məhdudiyyətlər azaldı.Azərbaycanın şiə xalqı dini ocaqları ziyarət edirdi.bu dövrdə Rusiyada yaşayan 60 min nəfər müsəlman İran yolu ilə Həccə getdilər.bu arada şiələrin sayı çox idi.1
Sovet hakimiyyəti ateist ideologiyasına görə Azərbaycanın şiə xalqına çoxlu ziyanlar vurdu.
Azərbaycanda şiələrin vəziyyətini iki hissədə araşdırmaq olar.bir hissə şiələrin üstünlüyü və ikinci hissə isə təhdidlərdir.hər birinin ayrıca izaha ehtiyacı var:
Üstünlüyü
Azərbaycanda əksəriyyəti Şiələr təşkil edir.buna görə də hakimiyyət və dövlət şiələrin əlindədir.bu baxımdan Azərbaycan respublikasında vəziyyət İraq və Livana görə yaxşıdır.Azərbaycanda prezidentin səlahiyyəti genişdir.iciraedici orqanların başçısı şiə məzhəb və Azəridir.bundan əlavə məclis deputatları, bələdiyə başçısı və ... şiədirlər.
Şiəçiliyi gücləndirməyə səbəb olan xarici amillər
Azərbaycan respublikası istiqlaliyyətini əldə etdikdən sonra milli dövlət şiələrin vasitəsi ilə təşkil oldu və bu məsələ şiə məzhəbinin dirçəlməsinə səbəb oldu.bu fürsəti dəyərləndirmək üçün güclü ölkənin varlığı, o cümlədən İran şiə ideologiyası əsasında idarə olunur, lazim idi.bundan əlavə Livan və İraqda şiələrin hakimiyyətə gəlişi Azərbaycanda şiələrə imkan yaratdı.
Azərbaycanın İranla, xüsusi ilə İran azəriləri ilə əlaqəsi Azərbyacanda şiəçiliyi gücləndirdi.Azərbaycan şiələri İrandakı ziyarətgahalara gəlməklə və dini təhsil almaqla şiənin mövqeyini Azərbaycanda möhkəmləndirə bilər.necə ki, İranda dini təhsil alan ruhanilər Azərbaycanda İran şiəsinin ideologiyasını yaymaqda rolları çoxdur.tədqiqatçıların fikrincə, Azərbaycanın ilk 5 il müstəqilliyində İran şiələrin təsiri bu ölkədə yaşayan şiələrə çox idi.İranda nəşr olunmuş dini kitablar Azərbaycanda geniş yayılmışdır.ancaq bir müddət sonra İranın təsiri zəiflədi və İran mədəniyyətinin yerini Türkiyə və qərb mədəniyyəti doldurdu.belə şəraitin yaranmasına səbəb Azərbaycan hakimiyyəti və qərb ölkələridir.hətta sovet hakimiyyətində yaşamış xalqın dini etiqadlarının zəif olması buna bir səbəbdir.ancaq xatırlatmalıyam ki, Azərbaycanda İranın təsirinin zəifliyinə səbəb Azərin İrana yaranan etimadsızlığdır.azərilər din, məzhəb və etnik baxımında hakim olduqları üçün etnik-milli və dini-məzhəbi varlıqlarını bir-birindən ayırmazlar.İranla Ermənistan arasında əlaqələrin çoxalması və İran Qarabağ böhranında Azərbaycandan qəti şəkildə himayə etməməsi belə bir şəraitin yaranmasına səbəb olub.bunlara baxmayaraq Azərbaycanda İranın ali rəhbəri və həmçinin şiə ruhanilərin, o cümlədən Ayəttüllah Fazil Lənkərani, Ayəttüllah Sistani və Ayəttüllah Təbrizinin tərəfdarları çoxdur.2
Bölgənin Şiə tarixi:
Azərbaycan respublikası hər bir dövrdə istər Çar, istərsə də sovet dövründə daima məzhəblərini qoruyublar.hər iki dövrdə xalq dinlərini qorumaq üçün hakimiyyətə qarşı çıxıblar.
§ 1920-ci ilin əvvəllində sovet hakimiyyəti leninin idelogiyasını yaymaq üçün Azərbaycanda 800 ruhanini şəhid etdi.bunlardan 17-si Nəcəf, Qum və Məşhəd şəhərində təhsil almış ruhanilər idi.ən məşhur ruhani Seyid Qəni Badkubeyi və Ayəttüllah İbrahimi idi.3
§ 10 il ərzində, yəni 1929-cu ildən 1939-cu ilə kimi 300 min nəfərdən çox dindar Azərbaycanda şəhid oldu.həmin dövrdə Şiə ruhanilərin əleyhinə təzyiq çoxaldı.Quran qadağan edildi.məscidlər dağıdıldı.təkcə Azərbaycanda 1929-cu ildə 400 məscid bağlandı və 120 məscid dağıdıldı.4
1937-ci ildə Sovet hakiiyyətində dini təzyiqlər çoxaldı.bu arada respublikanın mərkəzi bölgələri və dini təhsil ocaqları və ziyarətgahlar daha çox təzyiqə məruz qaldılar.5
Deyilənlərə görə sovet hakimiyyəti dindarları Quranı yandırmağa məcbur edirdi, dindarların müqavimətini görüncə onları “Nargin”quyularına salırdı və sonra dinamitlə partladırdı.6
Sovet hakimiyyəti ilə mübarizə edən ruhanilər bunlar idi: Ayətüllah Əbdülqəni Badkübeyi, Seyid Məhəmməd Badkübeyi və şeyx Hənifə Badkubeyi, Şeyx Həsən Ramanayi, Şeyx Kamyab və Mirzə Əbdülqəffar Ordubadi.
Azərbaycanın başqa bölgələrində o cümlədən Gəncə, Zirə, Salian və ... rayonlarda da vəziyyət belə idi.Saliandan Molla Abdullah və Molla Əşrəf, Zirədən isə Həbibüllah Əlizadə Molla Teymur oğlu şəhid oldular.
Sistemləşdirmək
Dini fəaliyyətlər üçün təşkil olunmuş orqanlar göstərir-indiki hakimiyyət sovet hakimiyyətindən geri qalan deyil-istiqlaliyyətdən öncə və sonra sekoralizm quruluşa sahib olan hakimiyyət İslam dinini və şiə məzhəbini rəsmiyyətə tanıyıb.1980-ci illərdə Bakıda təşkil olunmuş “Qafqaz Ruhanilər İdarəsi”həmin orqanlardan biridir.bu orqanın əsasını çar hakimiyyəti qoymuşdur.və bu orqanın təşkilindən məqsəd müsəlmanları nəzarət altına almaq və rusların vasitəsilə İslam dini rəsmiləşdirmək idi.Sovet dövründə ateist rejim bu orqanı təsis etdirdi.Qafqaz Ruhanilər İdarəsinin rəhbəri, Allah Şükürpaşazadə Sovetə tabe olduğu üçün K.G.B məmuru olduğuna mütəhim edilir.ancaq özü daima bu ittihami rədd edir.7
Müstəqilliyin ilk günlərində Qafqaz Ruhanilər İdarəsi fəaliyyətini genişləndirdi və “Salam”adlı qəzetəni yaydı və bir müddət sonra bağlandı.son zamanlar yenidən qəzetə nəşr etdirmək niyyətindədir.bu orqan indiyə kimi heç bir qəzetə nəşr etdirməyib.
Azərbaycan dövləti dini komitələr təşkil etməklə dini fəaliyyətlərə nəzarət edir.hakimiyyət bu işlə həm dini fəaliyyətlərə nəzarət edir, həm də dinə maraq göstərməklə xalq arasında məhbubiyyətini çoxaldı.bundan başqa hakimiyyət qeyri-müsəlman orqanlara da nəzarəti gücləndirib.
Qafqaz Ruhanilər İdarəsi, Dini fəaliyyətlər üzrə dini orqandan əlavə dini partiyalarda mövcuddur, o cumlədən “Azərbaycan İslam Partiyası”(İslam səsi).bu partiya İranın şiə siyasəti əsasında təşkil olunub və həmişə Azərbaycan hakimiyyəti tərəfindən tənqidə məruz qalıb.bu partiya 1992-ci ilə rəsmiyyətə tanılıb.1996-cı ildə dövlət tərəfindən təzyiqə məruz qalıb və başçıları İran casusluğuna müttəhim edilib.Qərb mənbələrinə əsasən 2005-ci ildə bu partiyanın 70 min nəfər üzvü var idi.8
“Azərbaycan İslam”partiyası Nardalanda fəaliyyət göstərir.Nardalanın əhalisi şiə məzhəbdir.Azərbaycanın dindar əhalisi burada yaşayır.nardalanlılar dəfələrlə dövlətin dinə zidd olan siyasətinə qarşı etiraz ediblər.Azərbaycan İslami partiyadan əlavə bəzi siyasi partiyalar da dini fəaliyyətlərin azadlığını tələb ediblər, o cümlədən Azərbaycan Demokratik partiya və Xalq Cəbhəsi.
Azərbaycanda modern şiə hərəkatı Hacı İlqar İbrahım oğluya aiddi.Hacı İlqar “İslami Birliyi”nin rəisi və Azərbaycanda dini azadlıqlar üzrə beynəlxalq nümayəndədir.bu beynəlxalq təşkilat qeyri-dövlətidir, xristian məzhəbdir və Amerikada yerləşib.deyilənlərə görə İlqar İranda 8 il dini təhsil alıb.Ayəttüllah Mütəhhəri və Əbdülkərim Suruşun təsirində olub.İbrahim oğlu, şiə məzhəbinə aid olan adətləri beynəlxalq səviyədə insan hüquqlarına əlaqələndirir.onlar Aşura günündə qan ehsan verməklə qərbi ölkələrin diqqətini modern şiəyə cəlb edirlər.2004-cü ildə Hacı İlqar, Əliyev hakimiyyətinə qarşı olduğu üçün camaat namazının imamlığından kənarlaşdırılıb, fəaliyyəti məhdudiyyətləşdirildi.9
“Qafqaz Ruhanilər İdarəsi”ictimai fəaliyyətlərlə məşğuldur.çox nadir şəkildə dini məsələlərdə müdaxilə edir.həmişə hakimiyyətə qarşı təmkinli olub.həmin məsələ səbəb olub Qafqaz Ruhanilər İdarəsi dini fəaliyyətlərdə uğursuz olsun.Bakıda Dini komitə təşkil tapdıqdan sonra “Qafqaz Ruhanilər İdarəsi”fəaliyyətini genişləndirmək üçün Moskvoda şöbəsini dair etdi və “Kəlam”adlı qəzetə nəşr etdirdi.10
Dini-məzhəbi mərkəzlər
Dini Tədqiqat Mərkəzi:
Azərbaycanda İslam dinini və şiəçiliyi dirçəltmək üçün bu mərkəz 1999-cu ildə təsis oldu.bu mərkəzin rəisi Elçin Əsgərovdur.İran İslam Respublikasından himayə edir və iki ölkə arasında əlaqələrin genişlənməsini tələb edir.bu mərkəz saytdan əlavə “Qütb”adlı qəzetə nəşr etdirir.bu mərkəzin əsas fəaliyyəti hakimiyyətin dini görüşlərinə və xristian misiyorlərin fəaliyyətinə etiraz etməsidir.11
Din və Demokratik Mərkəz:
Bu orqan 1998-ci ildə təsis oldu. Bu orqan Azərbaycanda mövcud olan dinlərin arasında əlaqələri möhkəmləndirmək, Azərbaycanda İslam dinin mövqeyini möhkəmləndirmək, dini etiqadları və dəyərləri elmi şəkildə təbliğ etmək məqsədi ilə təşkil olunub.bu mərkəz müxtəlif konfranslar keçirdib. bu təşkilatın tələbatı əsasında Dini komitə təşkil olunub.12
Bu mərkəzin manifesti bundan ibarətdir.
§ Dini məsələlərə ölkə mətbuatın diqqəti
§ Orta məktəblərdə Quranın öyrədilməsi
§ Universitetlərdə Quranın öyrədilməsi
§ Dini mərasimlərin keçirilməsindən himayə edilməsi
§ Hakimiyyət tərəfindən dini işləri nizamlamaq
§ Başqa dini etiqadlara dəyər vermək
§ Dinin siyasiləşdirilməsinə və dini hakimiyyətin bərpasına maneçilik törətmək
Bu orqan şərqşünas Nəriman Qasim oğlu tərəfindən idarə olunur.o, Quranı Azəri dilinə tərcümə edib.13
Dini Komitə, Azərbaycanda mövcud olan belə mərkəzlərin sayını 386 təşkilat qeyd edib.6 təşkilat qanuna zidd fəaliyyət etdiyi üçün bağlanıb.komitənin verdiyi məlumata əsasən 380 təşkilatdan 20 təşkilat xristianlara, 10 təşkilat yəhudilərə aiddir.92
Müsəlman təşkilatların çoxluğuna baxmayaraq təbliğat sahəsində uğurlu deyillər.bu təşkilatlar əsasən kəndlərin məscidlərində və imamzadalarda fəaliyyət göstərirlər.modern şəkildə dini fəaliyyətlərdə iştirak edən təşkilatlarda mövcuddur.o cümlədən, Bəsirət, Ürfan, Xanim Zəhra.
Azərbaycanda Bəhayiyətə aid iki təşkilat var və hər ikisi rəsmi şəkildə fəaliyyət göstərir.14
Bakı İslam Universiteti:
Azərbaycanda fəaliyyət göstərən İslami universitetlərdən biridir. BDU-nun İlahiyyat fakültəsi Bakı İslam Universitetindən məşhurdur.
Dini universitetlər və təşkilatlar Şiə adı altında fəaliyyət göstərmirlər.
Din və məzhəb təhdidləri
Misionerlərin fəaliyyəti
Azərbaycan hakimiyyəti dini fəaliyyətlərə azadlığı verdikdən sonra xristian və yəhudi misionerlərin fəaliyyəti çoxaldı və bu fəaliyyətlər əhalinin nigarançılığına səbəb oldu.bu qrupların fəaliyyəti dövlət qeydiyyatından keçib.Allah Şükürpaşazadə bu haqda dövlətə etiraz edib.
Bu qrupların bəzisinin fəalliyyəti hərtərəflidir.belə ki, Surus təşkilatı, Corc Surusun vasitəsi ilə idarə olunur.Corc Surus Amerikanın yəhudilərindəndir. Dünyanın müxtəlif yerlərində həmin təşkilatın şöbələri var və ən mühüm qruplar Azərbaycandadır. Surus təşkilatı dini təbliğatlardan əlavə Qarabağ qaçğınlarına maddı yardımlar edir, xristian dini, ingilis dini öyrədir və Azərbaycanda şiə qadınların rolunu ictimada çoxaltmaq üçün çalışır.hərçənd bu təşkilat Gürcüstan kimi uğurlu deyil-şübhəsiz Azərbaycanın şiə dindarları buna maneçilik törədirlər-ancaq xristianların ən uğurlu işlərindən biri Azərbaycanda 5000 nəfər xristian dinini qəbul etməsidir.
Xristian məzhəbinə aid Krişna və Yəhva Azərbaycanda fəaliyyət göstərir.Yəhva qrupu qərbi ölkələrin bəzisində təhrif edilmiş qrup kimi qəbul edilir və buna görə Avropa ölkələrində bu qrupun fəaliyyəti dayandırılıb.Azərbaycanda Dini komitə bir çox misionerlərin fəaliyyətini dayandırıb.ancaq bu günə kimi Yəhva qrupu sərbəst şəkildə fəaliyyət göstərir.Dini Komitənin sədri, Rafiq Əliyev bu haqda deyir:- Yəhva qrupu Azərbaycanın əleyhinə iş görməsə, fəlaiyyətinə davam edəcək.94
Xristian misionerlər dinlərini təbliğ etmək üçün tele-kanlardan istifadə edirlər.ECTV tele-kanalı xristian dini yaymaq üçün verilişlər yayımlayır.15
Azərbaycanda fəaliyyət göstərən dini təşkilatlar, misionerlərin fəaliyyətini Amerika və Avropada yaşayan ermənilərə bağlayırlar.bu mövzu dəfələrlə Azərbaycan mətbuatında təsdiqlənib.
1996-cı ildə Azərbaycan respublikasında “Azərbaycanda xristian misionerləri, siyasi, mənəvi və ideoloji sahələrdə ziyanlar”adlı kitab nəşr oldu.dini tədqiqat mərkəzi bu haqda çoxlu məqalələr nəşr etdirdi.misionerlərin fəaliyyəti haqqında dövlətə xəbərdarlıq etdilər.16
Dini təşkilatlar misionerlərin hərəkatlarını araşdırdılar.qərbi ölkələrdə belə növ fəaliyyətlərin qadağan olduğu beyan etdilər.Azərbaycan respublikasında belə fikirlərin və fəaliyyətlərin yayılmasında qərbi ölkələrin və ermənilərin rolu olduğunu iddia edirlər.17
Sofizm və təriqətlərin fəaliyyətləri:
Orta Asiya və Şimali Qafqaz bölgələrində, o cümlədən Dağıstan və Çeçenistanda bu növ fəaliyyətlər çoxdur.ancaq Azərbaycan respublikasında bu növ fəaliyyət çox azdır. həmin bölgələrin təsirində Azərbaycanda az-çox sofizm var.Azərbaycanın müstəqilliyindən sonra Azərbaycan-Türkiyə əlaqələrin çoxalması nəticəsində Türkiyədə mövcud olan sofizmlərin bir təriqəti, o cümlədən Nurçular Azərbaycanda yaranmış dini boşluqdan istifadə edib burada fəaliyyətə başladılar.Türkiyədə Nurçulara aid “Zaman”qəzeti Azəri dilinə əhəmiyyət verir.qeyd olunduğu kimi sofizm Azərbaycanda geniş yayılmayıb. Azərbaycanda deyilənlərə görə ziyarətgaha çoxlu ziyarətçi gedir, ancaq namaz qılan azdır.18
Azərbaycanda şəriətə əməl edən az olduğuna görə bu təhlükə var ki, sofizm Azərbaycanda geniş şəkildə yayılsın.
Sünnilərin fəaliyyəti:
Azərbaycanda sünnilərin fəaliyyətini iki hissədə araşdırmaq olar.birinci hissə ölkədə yaşayan əhalinin 14-19 faizini təşkil edən sünnilər, Azərbaycanda müsəlmanların 20-25 faizni təşkil edirlər.ikinci hissə Türkiyə və Ərəb ölkələri tərəfindən fəaliyyət göstərən sünnilərdir.birinci hissəyə aid olan sünnilər siyasi-ictimai sahələrdən uzaqdırlar.sünnilərin əksəriyyəti ucqar bölgələrdə şimal-şərq, şimali, cənubi və cənub-şərqdə yaşayırlar.Bakıda sünnilər “Əjdərbəy”məscidinə toplaşırlar. dövlət orqanlarında sünnilərin heç bir yeri yoxdur.əksinə olaraq xaricdən idarə olunan sünnilər daha çox fəaldırlar.ölkələrin içərisində Türkiyə daha fəaldır.Azərbaycanda Türkiyənin fəal şəkildə iştirak etməsinə bir nümunə İlahiyyat fakültəsini BDU-da təsis etməsidir.Ərəb ölkələrin içərisində Kuveyt və Ərəbistan Azərbaycan respublikasında geniş şəkildə fəaliyyət göstərir.son zamanlar Azərbaycanla Suriyanın əlaqələri genişlənir.Azərbaycanda şiələri təhdid edən hərəkət, kuveyt və Ərəbistan tərəfindəndir.sünnilər Azərbaycanda şiələri ciddi şəkildə təhdid etməyir.bəziləri iddia edir sünnilər, şiələr kimi sovet hakimiyyətində təzyiq altında olduğuna görə müstəqillikdən sonra şiələrlə dostluq edir və onlarla bərabər şiələrə aid mərasimləri qeyd edirlər, o cümlədən Məhərrəm ayına aid əzadarlıqlarda və ... iştirak edirlər.19
Təhrif olunmuş islami təriqətlərin fəaliyyəti:
Azərbaycanda fəaliyyət göstərən iki təhrif olunmuş islami təriqət Bəhayiyyət və vəhabiyyətdir.bəhayilərin Azərbaycanda iki təşkilatı rəsmi şəkildə fəaliyyət göstərir.vəhabilər isə Dağıstan və Çeçenistandan qaynaqlanırlar.vəhabilərin mənşəyi Ərəbistandır.hal-hazırda dünyanın hər bir yerində fəaliyyət göstərirlər.vəhbiyyət XVIII əsrdə Əbdülvəhabın vasitəsi ilə formalaşdı.vəhabilərə görə Məhəmməd peyğəmbərin məzarını ziyarət etmək həramdır.20
Keçmiş Sovet hakimiyyətin ərazisində yoxsul bölgələrdə vəhabiyyət geniş yayılıb.
Azərbaycan respublikası iqtisadi baxımdan güclü olmasına baxmayaraq vəhəbiyyət burada geniş yayılıb, ancaq yoxsul İslami ölkələrə görə Azərbaycanda vəhabiyyətin təsiri azdır.vəhabiyyət Azərbaycanın ucqar bölgələrində yayılıb.Bakı və Sumqayıtda da vəhəbiyyət yayılıb və maddı yardımlar olur.21
Vəhabiyyət Qarabağ böhranından istifadə edərək xalqı müharibəyə dəvət edir və beləliklə bu mövzu ilə müsəlmanları və şiələri özünə cəlb edir.
Qeyri-dini təhdidlər:
Sekoralizm
Azərbaycan respublikası sovet dövründə ateist quruluşa sahib idi.sovet dövründə dinə qarşı siyasətlər yürüdülürdü.Azərbaycan müstəqillikdən sonra sekoralizmi seçdi.hərçənd Azərbaycan hakimiyyəti son zamanlar dinə diqqət yetirir.ancaq dindən himayə etməkdən məqsədi hakimiyyəti qorumaqdır.
Azərbaycan hakimiyyəti şiələrə məhdudiyyət çox yaradıb.qərb ölkələri xristian dinindən və Türkiyə dövləti sünnilərdən himayə etdikləri üçün bu məzhəblərə o qədər də məhdudiyyət yaratmayıb.əksinə olaraq şiələrin güclü müdafiəçisi olmadığına görə onlara məhdudiyyət yaradıb.Rafiq Əliyev bu fikri rədd edir və iddia edir ki, dövlət məzhəbə görə məhdudiyyət yaratmayır, bəlkə qanuna zidd fəaliyyət etdikləri zaman onlara məhdudiyyət yaradır.22
Son zamanlar dövlət tərəfindən Şiələrə yranmış məhdudiyyətlər bunlardır: dövlət orqanlarında, universitetlərdə hicabın məhdudiyyəti, Azanın yayılmasına qadağalar, bəzi şiə mərasimlərin icrasına məhdudiyyətlər.əlbəttə bu məhdudiyyətlərə xalq(xüsusi ilə İran azəriləri), dini orqanlar etiraz etdilər və hakimiyyət mövqeyini dəyişməyə məcbur oldu.bu məhdudiyyətlərin kənarında qəzetlərdə İslamin əleyhinə məqalələrin nəşr etməsi.o cümlədə, “Sənət”qəzetində Rafiq Təqi, İslamin əleyhinə yazdığı məqalənin nəşr etdirməsidir.deyilənlərə görə bu növ cərəyanlardan dövlət himayə edir.23
Belə nəzərə gəlir ki, dövlət sekoralizm quruluşu seçməklə, qərb və Avropa ölkələrin mənafeyini nəzərdə alan hakimiyyət bir tərəfdən Şiəçiliyin qarşısında dayanıb, bir tərəfdən də qeyri-şiə qrupların-Misionerlərin-fəaliyyətini azad qoyub.belə davam etsə, xalqın etirazına səbəb olacaq.
Siyasi məsələlərə görə yaranmış məhdudiyyətlər
Azərbaycan hakimiyyəti həm sekoralizm, həm də iqtidarçıdır.belə ki hakimiyyətdən kənar hər hansı bir siyasi partiya və ya dini təşkilatın güclənməsini istəmir.şiələrə yaranmış məhdudiyyət İranda olan İslami respublika ilə əlaqədardır.
Şiələrin İranla əlaqələri
İran İslam Respublikası indiki vəziyyətdə həm dövlət, həm də siyasi mövqedə dünya şiələrin müdafiəçisidir.bu həqiqəti dünya qəbul edib.müxtəlif ölkələrin mövqeyində İran İslam respublikası öz təsirini qoyub.İran və Azərbaycan arasında sıx əlaqə olsa da, bir sıra məsələlər iki ölkənin əlaqələrinə mənfi təsir göstərir və Azərbaycan şiələri İranın himayədarlığından faydalana bilmirlər.bəzi maneələr bunlardır:
§ Qarabağ böhranından İran qəti şəkildə Azərbaycan respublikasından himayə etməməsi və Ermənistanla İran arasında əlaqələrin gedikcə genişlənməsi.bəzi şəxslərin fikrincə, bu əlaqələr Ermənistanın işğalçı siyasətinə təsir göstərib.onların fikrincə, əgər İran və Rusiya Ermənistanla əlaqə saxlamasaydı, ermənistan Azərbaycanın ərazisini azad edərdi.
İranla Ermənistan əlaqəsi gündən-günə çoxalır, halbuki Azərbaycanla İran əlaqəsi getdikcə məhdudlaşır.İran Filistin böhranı qədər Qarabağ böhranına İslam dünyasının böhranı kimi baxımır.
§ İran və şiə məzhəbinə qarşı mənfi təbliğatın yayılması
§ İran və Azərbaycan dövlətləri arasında bir sıra xarici siyasətlərdə ixtilafların mövcud olması, o cümlədən Xəzərin hüquqi statusu, Azərbaycanla Amerika və israilin əlaqəsi
§ İran azərilərin heç bir hüququ olmadığını iddia edən Azərbaycan.əlbəttə bu mövzu Azərbaycan dövləti ilə əlaqədar deyil.bu fikirlər bir sıra partiyalar tərəfindən yürüdülür.
Hətta ehtimal edilir ki, İran İslam respublikasından əlavə Azərbaycan bir sıra siyasi məsələlərə görə Türkiyə və Ərəb ölkələri ilə olan əlaqələrə görə şiələrin Azərbaycanda formalaşmasına maneçilik törədir.
Qeyd olunduğu kimi Azərbaycanda ölkə daxilində şiələrin heç bir himayəçisi yodur.və xaricdən də himayə olunmurlar.mövcud şərait şiənin məhvinə səbəb olmur, bəlkə İranın şiə düşüncəsi ilə Azərbaycan şiələri arasında əlaqələr kəsilir.buna görə bəziləri iddia edir ki, bu gün Azərbaycanda yeni və müstəqil şiə ideologiyasi yaranmaqdadır və bu ideologiya İrandakı şiələrin ideologiyası ilə fərqlidir.24
Bu mövzu gələcəkdə iki ölkə arasında ixtilaflara səbəb olcaq.Azərbaycanda İranın şiə ideologiyasının təsiri gündən-günə azalır.və bu məsələ həm Şiə məzhəbinə, həm də siyasi, iqtisadi, mədəni və ictimai sahələrdə iki xalqa mənfi təsir göstərir .