Tarix : 2010 Mar 08
Kod 16480

BAKININ MƏRKƏZİNDƏ ALLAH VƏ İSLAM ƏLEYHİNƏ MƏRKƏZ

"Gənclik"dəki "Dua evi"ndə azərbaycanlı uşaqlara xristianlıq kursları keçirilir; əməkdaşlarımız paytaxtda müdhiş fakt aşkarladılar
Azerbaijan Servisi/Aran Agentliyi

Bir müddət öncə ölkədə hər növ dini ədəbiyyatların satışına qadağa qoyuldu. Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırıldı. Qadağanın üstündən bir müddət keçməsinə baxmayaraq, gedib köşklərdə və kitab mağazalarında monitorinq aparmaq qərarına gəldik. Satıcılar və köşk sahibləri ilə söhbətdən məlum oldu ki, göstərişin kim tərəfindən verildiyini bilmirlər. Onların dediklərinə görə, artıq bir neçə ildir İmamların şəkilləri, dini suvenirlər, təqvim və digər əşyaların satışına qadağa qoyulub. Ərazinin aid olduğu müəssisələrdən dinə aid nə varsa satışdan çıxarılması barədə göstərişlər verilib. Metrostansiyalarda satıcılar bildirdilər ki, metropolitenin rəisi Tağı Əhmədov göstəriş verib ki, metroda dini kitablar satılmasın.

Xatırladaq ki, 1 il öncəyədək metro girişlərində təkcə Qurani-Kərim, İncil, Tövrat deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən dini təriqətlər tərəfindən nəşr edilən ədəbiyyatlar da satılırdı. Missionerlər üçün metro xüsusilə əlverişli fəaliyyət zonası hesab olunurdu. Bu ədəbiyyatların satışı daha çox səyyar şəkildə həyata keçirilirdi. Metronun “Gənclik” stansiyasındakı qəzet və kitab köşklərində dini ədəbiyyatın satılıb-satılmaması ilə maraqlandıq. Yaxınlaşdığımız ilk dükanın satıcısı, ümumiyyətlə, dini ədəbiyyatın satışını dayandırdıqlarını söylədi. Digərində isə vitrində olmasa da, satışda Quran var idi. Belə ki, metropoliten rəhbərliyinin qadağasından sonra səmavi kitabı açıq şəkildə satmaqdan çəkinən satıcılar müqəddəs kitabı piştaxtanın altında gizlətmək məcburiyyətində qalıblar. Bizim dini kitablarla maraqlandığımızı görən bir nəfər söhbətə müdaxilə edərək bildirdi ki, o, dini kitabların harada satılmasını bizə deyə bilər. Həmin şəxslə birlikdə metronun “Gənclik” stansiyasına qalxdıq. Adının Rəşad olduğunu deyən şəxs bizə dindən danışmağa başladı. Bildirdi ki, onunla getsək, bizə əsl Allahı tanıdacaq.

“Siz əsl Allahı bizimlə tapacaqsınız”

Naməlum ünvana yola düşərkən (sonradan bildik ki, getdiyimiz yer Həsən Əliyev küçəsində, Ukrayna səfirliyinin arxasında yerləşir - T.T.-Ş.N.) Rəşad adlı şəxs bizə öz ideyalarını təbliğ etməyə çalışırdı. Onun dediyinə görə, “Qurani-Kərim”də yazılan hər şey boşdur: “Qurani-Kərim” insanları səhv yönləndirir. O kitab sizi uçuruma aparır. İsaya dua etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Mən balaca oğlumla gedirəm.Musavat

  • Yazılıb
  • da (də) 2010 Mar 08