İİR Servisi/Aran Agentliyi
Ayətullah Seyyid Həsən Amili: “Dünya azərbaycanlilarinin iftixari, Həzrət Ayətullahil-üzma Seyyid Əli Hüseyni Xameneyidir”
Son cümə namazları xütbələrində Ərdəbil Əyalətinin mərkəzi olan Ərdəbil şəhərinin imam cüməsi və ali-dini lider Ayətullah Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Həzrət Ayətullah Seyyid Həsən Amili Xocalı Faciəsini qeyd edib, erməniləri törətdikləri cinayətə görə kəskin tənqid edib.
O Dünya Azərbaycanlıları Konqresinə də müraciət edərək bildirib ki, onların dünya azərbaycanlıları adından danışmağa haqqı yoxdur. Ayətullahın sözünü cümə namazında iştirak edən azərbaycanlılar təkbir deməklə dəstəkləyiblər. İmam Cümə daha sonra bildirib ki, dünya azərbaycanlilarinin iftixari, Həzrət Ayətullah əl-üzma Seyyid Əli Hüseyni Xameneyidir”