Novruz və onun təmtəraqlı ənənələri 3500 illik enişli-yoxuşlu yolu keçərək gəlib bizə çatmışdır...
İİR Servisi/Aran Agentliyi
Novruz və onun təmtəraqlı ənənələri 3500 illik enişli-yoxuşlu yolu keçərək gəlib bizə çatmışdır. “Novruz” dünyada ən qədim və davamlı milli ənənədir. Bu ənənənin yaşaması səbəblərindən biri də iranlıların (cənubi arilərin) mədəniyyətinin davam etməsidir. Bu böyük bayramın hazırkı ənənələri üç min il əvvəllə müqayisədə nəzərəçarpacaq şəkildə dəyişməmişdir. Buna görə də İran xalqının vəhdətinə səbəb olmuşdur. İran xalqı dünyanın harasında olmasına baxmayaraq, bu bayramı birgə qeyd edir və əzizləyirlər. Alimlər “Novruz” bayramını iranlıların millətçilik və mahiyyətinin davamlı olması səbəbi bilmişlər. Çünki tarix boyu bunun əzəmətli gücünü və təsirini dərk və müşahidə etmişlər.
“Novruz” özü və ya əcdadı İranda dünyaya gəlmiş və ortaq tarix və mədəniyyəti olan bütün şəxslərin, o cümlədən tacik, əfqan, kürdlərin, habelə əsrlər boyu İran imperiyasının tərkibində yaşamış millətlərin bayramıdır.
19 əsrdə İran imperiyası avropalı müstəmləkəçilərin fitnələrinin təsirilə parçalandı, amma İran xalqının müştərək ənənələri və zəngin mədəniyyəti qorunub saxlandı. Novruz Pamir və Bedəxşan dağlarından Suriyadakı Kürdüstan dağlarının sonunadək, Qafqazın şimalından Sənd çökəkliyi və Fars körfəzinə qədər məskunlaşmış xalqların milli bayramıdır. 21 əsrin əvvəllərindən mədəni və qohumluq əlaqələrini (məhəbbət, həmrəylik, ünsiyyət və ülfəti) möhkəmləndirmək üçün İranda yaşayan xalqlar, habelə İranla Qafqaz və Cənubi Asiya ölkələri arasında nəzərə çarpacaq işlər görülmüşdür. Mütəxəssislər bunu yeni qlobal hadisə sayırlar. Çünki günümüzə qədər ölkələrin əlaqələri iqtisadi, siyasi və hərbi (maddi) zəminlərdə olmuşdur ki, bu da rəqabəti artırmış, siyasi və hərbi yardım axtarışına, xoşagəlməz yarışların keçirilməsinə səbəb olmuşdur.
Novruz, onun əzizlənməsinin hədəfi və əsrlər boyu bu gündə baş vermiş hadisələr diqqət mərkəzindədir.
Tarixçilərin əsərlərinin bir çoxunda, o cümlədən, “Tarixi-Təbəri”, Firdovsinin “Şahnaməsi” və Biruninin əsərlərində novruz əfsanəvi şah Cəmşidə, bəzi əsərlərdə isə, Kiyumersə aid edilmiş və onu yazın başlanğıcı, gecə və gündüzün bərabərləşməsi, günəşin parıltısının yenidən başlaması, təbiətdə müvazinətin yaranması üçün ilin ən gözəl günü saymışlar.
Bəzi tarixçilərin əfsanələrə əsasən yazdıqlarına görə, 3000 il öncə belə bir gündə, Cəmşid şah Urmiyə gölünün yaxınlığındakı sarayından (tarixi Həsənlu məntəqəsindən) çıxmış və parlaq günəşin, mühitin təravət və xürrəmliyini ciddi təsiri altına düşmüş və bu günü “novruz”, səfa günü, yerin pisliklərdən paklanması və Uca Allaha şükretmə günü adlandırmış, bundan sonra hər il bu gündə xüsusi ayinlərin icra edilməsini istəmişdir. O ayinlər bu gün də davam edir və zamanın sınağından keçmiş, istənilən növ siyasi və ictimai dəyişikliklərdən amanda qalmışdır.
Bilmək lazımdır ki, arinlər İrana üç dəstə, madlar, parslar və partlar olaraq, e.ə. 8 əsrdə hicrət etmişlər. Arinlərin bu dəstəsi Avropaya getmiş dəstədən ayrılmışdılar. Tarixçilər onları cənubi arinlər adlandırmışlar. Madlar Rey məntəqəsində (bu günkü Tehranda) şimal qərb və qərb istiqamətindən İlamın sərhədlərinə qədər, habelə Asərpatikan (Azərbaycan) və Kürdüstanda məskunlaşdılar. Sonradan Həmədan şəhərini paytaxt etməklə bu məntəqədə bir dövlət də qurdular ki, böyük ehtimalla Cəmşid şah da onların arasından çıxmışdır. Çünki parslar Reyin cənub və cənub şərqində, Fars körfəzinədək, xüsusilə də Əfqanıstan və Bəluçistanda məskunlaşmış, partlar Xəzər dənizinin şərqi və Seyr dəryasının cənubunda, o cümlədən Xorasan, Dəmağan, Xarəzm və Qorqan-Tepurestan (Mazandəran) və ətraf məntəqələrdə məskunlaşmışdılar.
Arinlərin arasından çıxmış yeganə peyğəmbər Zərtüştün təlimlərinin yayılması novruza mənəvi rəng qatdı. Çünki Zərtüşt yaxşı rəftar, söhbət və düşüncəyə əhəmiyyət verir, ədalətə zidd olan bütün əməlləri qadağan edir, tarixi dəyişiklikləri pis və yaxşı təbəddülatların nəticəsi bilir və deyirdi: “Sonda pisliklərin qəti məğlubiyyətilə bəşəriyyətin asayiş, səfa, şadlıq, səmimiyyət və ədaləti təmin olunacaq. Novruz görüşləri təzələməklə düşməçiliklərə son vermək, habelə dost və yaxınları sevindirməklə, xüsusilə də qocaların əlini öpməklə, onlara hədiyyə verməklə pis fikirləri ruhdan uzaqlaşdırmaq üçün gözəl fürsət idi…
www.haqqyolu.com