Tarix : 2010 Mar 10
Kod 16518

BAKI SƏMASINDA HƏRBİ TƏYYARƏ YANIB

Belçika təyyarəsi Heydər Əliyev adına Beynəlxalq hava limanında qəza enişi edib
Azərbaycan Servisi/Aran Agentliyi

Martın 9-da “Brüssel-Qəndahar” reysi ilə uçan təyyarə Heydər Əliyev adına Beynəlxalq hava limanında qəza enişi edib. Lent.az-ın “vesti.az” portalına istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.Hadisə Azərbaycanın hava məkanında baş verib. Belçikanın “Barqo Alfa Foks” şirkətinə məxsus təyyarənin içində yanğın olub. Ekipaj üzvləri yanğını öz qüvvələri ilə söndürsələr də, təyyarənin komandiri Bakı hava limanına təcili eniş barədə qərar qəbul edib.Hadisə zamanı təyyarədə 14 sərnişin və 9 ekipaj üzvü olub. “AZAL”ın mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2010 Mar 10