Tarix : 2010 Mar 11
Kod 16519

TƏBRİZDƏ ALTMIŞA YAXIN QƏZET NƏŞR OLUNUR, BU QƏZETLƏRİN TƏQRİBƏN HAMISI İKİ DİLDƏ AZƏRBAYCAN VƏ F...

Əlbəttə qədim Təbrizdə tam Azərbaycan, Fars, İngilis və Ərəb dillərində də nəşrlər mövcuddur, hətta Azərbaycan dilində latın əlifbası ilə çıxan nəşriyyə də vardır
İİR Servisi/Aran Agentliyi
Qədim Təbrizdə 60-a yaxın qəzet nəşr olunur. Maraqlı burasıdır ki, İran qanunlarına əsasən, qəzet cəmi bir dəfə müəyyən səbəblərdən çıxmaya bilər, əgər bu hal ikinci dəfə də təkrar olunsa həmin qəzetin dövlət tərəfindən qeydiyyatı dayandırılır və nəşr oluna bilmir. Beləki İranda qeydiyyatdan keçib amma çap olunmalarında uzun fasilə buraxan qəzetlərin lisenziyası dayandırılır. Bu barədə birlik.az Təbriz qəzetlərinə istinadən xəbər verir.
Daha bir maraqlı məqam burasıdır ki, İslam düşmənlərinin dediklərinin əksinə olaraq Təbrizdə nəşr olunan altımışa yaxın qəzetin əksəriyyəti Azərbaycan və Fars dillərində çıxır. Ən azından hər qəzetin Azərbaycan dilli bir və ya iki səhifəsi var. Azərbaycan dilli səhifələr qədim Azərbaycan əıifbası olan əski - ərəb əlifbası ilə çıxır. Təbrizdə çıxan qəzetlərin ölkənin bütün regionlarında oxucaları olduğu üçün qəzetlərin səhifələrinin bir neçəsi Azərbaycan, bir neçəsi isə Fars dilində çıxır. Təbriz qəzetçiləri birlik.az-a bildiriblər ki, qəzetin hansı dildə çıxması qəzet rəhbərliyinin öz səlahiyyətlərinə aiddir, sadəcə qəzet əgər bütün İranda yayılmaq və daha geniş oxucu kütləsi əldə etmək istəyirsə fars dilində çıxmaqla buna nail olur, çünki İran çox milətli dövlətdir, azərbaycanlılar yaşamayan əyalətrlərdə qəzetin oxucu kütləsini əldə etmək üçün mütləq hamının bildiyi fars dilində də səhifələrin olması zəruridir. Əlbəttə qədim Təbrizdə tam Azərbaycan dilində və tam Fars dilində, tam İngilis dilində və tam Ərəb dilində çixan nəşrlərin sayı az olsa da vardır. Hətta Azərbaycan dilində - latın əlifbası ilə çıxan nəşriyyə də vardır. Təbrizdə elə bir qəzet yoxdur ki, İranın bütün əyalətlərindən ən azından abunəçisi olmasın. İranda qəzetlərin yayımında İran Poçt Xidməti də əsas rol oynayır. Təbriz KİV-ləri barəsində ayrı-ayrılıqda məlumatlar verəcəyik, inşaəllah.
 
  • Yazılıb
  • da (də) 2010 Mar 11