Tarix : 2010 Mar 11
Kod 16520

YENİ GÜNƏŞLİ “FATIMEYİ ZƏHRA” MƏSCİDİ İLƏ BAĞLI MÜRACİƏTƏ ALİ MƏHKƏMƏ APRELİN SONLARINDA BAXACAQ

Tofiq Rəsizadə: “Hələlik heç bir irəliləyiş yoxdur. Biz də böyük ümidlə məhkəmənin müsbət qərarını gözləyirik”
Azərbaycan Servisi/Aran Agentliyi
Yeni Günəşli “Fatimeyi Zəhra” məscidi ilə bağlı biz qəzetimizin ötən saylarında məlumat vermişdik. Bu məscidin sökülməsinə etiraz olaraq məscid icması bir neçə dövlət orqanlarına müraciət etmişdir. Məhkəmə instansiyalarının çıxartdığı hökmləri ədalətli saymayan məscid icması artıq “Fatimeyi Zəhra” məscidi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. “Fatimeyi Zəhra” məscidinin dini icmasının rəhbəri Tofiq Rəsizadə adı çəkilən məsələ ilə bağlı Birlik.az-a açıqlmasında bildirdi ki, hələ ki, heç bir irəliləyiş yoxdur. Ali Məhkəmənin bu şikayətə baxmasının aprel ayının sonlarında gözləndiyini deyən icma rəhbəri böyük ümidlə bu məhkəmənin müsbət qərarını gözlədiklərini vurğulayıb.
  • Yazılıb
  • da (də) 2010 Mar 11