Tarix : 2010 Mar 14
Kod 16542

İmediTv: ''Saakaşvili öldürülüb''

Dünən axşam bütün Gürcüstan sözün əsil mənasında çalxalanıb
Gürcüstan Servisi/Aran Agentliyi
Dünən axşam bütün Gürcüstan sözün əsil mənasında çalxalanıb. Belə ki, Gürcüstanın "İmedi" kanalının yaydığı məlumata görə, guya Rusiya ordusu Gürcüstan ərazisinə soxulub və ölkə prezidenti Mixail Saakaşvili öldürülüb. Kanalın yaydığı bu məlumat bütün ölkədə çaxnaşma yaradıb.

Bu xəbərlər kanalın “Xüsusi reportaj” adlı verilişinin bu axşamkı efirində yayımlanıb. Ehtimallar üzərində hazırlanan və əhalini Rusiyaya qarşı qətiyyətli olmağa çağırmaq məqsədi ilə hazırlanan veriliş Rusiyanın Gürcüstan ərazisinə soxulması və prezident Mixail Saakaşvilinin öldürüldüyü xəbələri ilə başlayıb. Efirdə həmçinin əhalinin guya təlaş içində Tiflisi tərk etdiklərini nümayiş etdirən kadrlar da yayımlanıb. Gürcüstanın Qori, Msxeta və digər regionlarında bu reportaj əhali arasına ciddi narahatçılığa səbəb olub.

Qeyd edək ki, bütün ölkə ərasində təlaş yaradan bu xəbərdən sonra teleşirkətin studiyasına kütləvi zənglər daxil olmağa başlayıb.
ANS
 
  • Yazılıb
  • da (də) 2010 Mar 14