Cəsur Sümərinli: "Əslində bu kimi bəyanatlar veriləndə Ermənistanın Dağlıq Qarabağda qeydiyyatdan kənar yerləşdirdiyi silah-sursat, şəxsi heyyət və sair məsələlər önə çəkilməlidir"
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker İrəvana səfəri zamanı Azərbaycanla bağlı bəyanat verib. Lenmarker bildirib ki, Azərbaycanın müharibə bəyanatları yolverilməzdir və ölkə hərbi büdcəsini azaltmalıdır.
Məlum bəyanatı pisləyən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli FaktXeber.com-a açıqlamasında bildirdi ki, əvvəllər də Azərbaycanla bağlı bu kimi bəyanatlar səsləndiriblər. 2006 və 2007-ci illərdən isə daha çox eşitmişik: “Çünki o vaxtdan Azərbaycanın hərbi büccəsi artmağa başlayıb. Beləliklə Qafqazda ən güclü hərbi potensiala sahib olub. Aydın məsələdir ki, regionda sülhün bərqərar olmasını əlində bayraq edən dövlətlər üçün böyük təhlükə kimi görünür. Onlar düşünürlər ki, Azərbaycan istənilən vaxt hərbi əməliyyatları bərpa edə bilər. Bu da sabitliyin qarantını aşağı salır”.
C.Sümərinli hesab edir ki, bu kimi bəyanatların heç bir əsası yoxdur: “Son vaxtlar Lenmarker kimilər Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Azərbaycan tərəfini günahkar hesab edirlər. Lakin çox primitiv və məntiqsiz düşüncədir. Bunu hamı başa düşür ki, bu bəyanatlar bəhanədən başqa bir şey deyil. Əslində bu kimi bəyanatları verəndə Ermənistan tərəfini də nəzərə almaq lazım idi. Xüsusən, Ermənistanın Dağlıq Qarabağda qeydiyyatdan kənar yerləşdirdiyi silah-sursat, şəxsi heyyət və sair məsələlər önə çəkilməlidir. Həmçinin onların saxlanılmasına yönəldilmiş çirkli pullar da diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar bu kimi bəyanatlar verərkən, işğal olmuş ərazilərdə Ermənistanın silahlı qüvvələrinin saxlanılmasında sərf olunmuş vəsaitin haradan gəldiyini dəqiqləşdirməlidir”.
Ermənistanın həm öz ərazisində, həm də işğal edtiyi ərazilərdə olan ordusunun sayı Azərbaycan ordusunun sayına yaxınlaşır. Təqribən 70-80 min şəxsi heyyətdən ibarətdir. Bundan əlavə ötən ilin məlumatına görə Ermənistanın hərbi büccəsini 6000000 dollar təşkil edir – C.Sümərinli vurğuladı: “Azərbaycanın silahlı qüvvələrə ayırdığı büccə isə 8000000 manatddır. Göründüyü kimi ortada böyük fərq yoxdur. Bizdə məlumat verirlər ki, 2 milyard manata yaxın hərbi büccəmiz var. Amma burada mühafizə orqanlarına ayrılmış vəsait və hərbi təhqiqatların aparılması üçün ayrılmış xərclər də var. Bundan əlavə belə bəyanatları səsləndirənlər regionda hərbi münaqişədən ehtiyatlanırlar. Bu yolla da Azərbaycana təziqlər göstərirlər. Hesab edirəm ki, heç bir nəticəsi olmayacaq”.
Müsahibimiz Minsk qrupunun fəaliyyətinə də toxundu: “Son zamanlar Azərbaycan hakimiyyəti ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin tənqid edir. Minsk qrupu münaqişənin nizamlanmasında yetərli fəaliyyət göstərmir. Bu, o demək deyil ki, Minsk qrupunun təmsilçisi belə bəyanat verirsə, Azərbaycan geri addım atmalıdır. Minsk qrupu işğalçını geri otuzdurmaq üçün təziqlər göstərmirsə, hansı üzlə Azərbaycana qarşı bu kimi fikirlər səsləndirirlər. Belə bəyanatlar münaqişənin həllində mənfi təsirlər göstərə bilər. Yeri gəlmişkən, Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı rəsmi ya qeyri-rəsmi fikirlər səsləndirilir”.
Hesab edirəm ki, münaqişənin tezliklə nizamlanmasında ATƏT-in tutduğu mövqe düzgün deyil. Minsk qrupu fəaliyyət göstərdiyi müddətdə Ermənistana işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması istiqamətində hər hansı bir təziq göstərilməyib. Demək olar ki, Minsk qrupu Ermənistanın mövqeyini dəstəkləyir - C.Sümərinli bildirdi.