Amma nədənsə, yalnız Təbrizdə və Ərdəbildə olan dəstək aksiyası bəzilərini bərk qıcıqlandırdı, halbuki İstanbul və Vaşinqtonun etirazları daha kəskin olmuşdu
Azərbaycan Servisi/Aran Agentliyi
13 fevralda Bakıda dinc aksiya keçirmək istəyən - Həzrət Muhəmməd peyğəmbərin və İmam Həsən Müctəbanın vəfatı münasibətilə Hacı Soltanəli məscidindən mərasimdən çıxıb Şəhidlər Xiyabanını ziyarət etməyə gedən dindar Azərbaycan vətəndaşlarına polis tərəfindən divan tutuldu. Nətcədə cəmi 60-70 nəfər dindardan əksəriyyyəti döyüldü, 20 nəfərə yaxın dindar polis tərəfindən saxlanıldı, onlardan bəziləri cərimələnərək, əksəriyyəti 5-7 sutka həbs olunsalarda 5 nəfər dindar haqqında cinayət işi açıldı və onlar haqqında 2 aylıq istintaq müddəti zamanı həbs verildi. Döyülən də dindarlar oldu, tutulanda. Polislər isə elə əvvəlki kimi həm zorakılıq etdilər, həm də sudan quru çıxdılar. Təqsirkar ziyarətə getmək istəyənlər oldu.
Dindarlara, onlara olan haqsızlığlara və polis zorakılığına dəstək dərhal gəldi, ölkə daxilində müxalifətdə olan siyasi partiyalar, QHT-lər, bəzi KİV-lər, ziyalılar, dindarlar, ölkə ictimayətinin böyük bir hissəsi polisin zorakılığını qınadı. İstənilən halda polis vətəndaşı döyə bilməz, ona zor tətbiq edə bilməz. Bu prizmadan əksəriyyət dindarları dəstəklədi. Dindarlara dəstək və iqtidar nümayəndəsi olan polisə etiraz xaricdən də özünü çox gözlətmədi. İstanbulda “İsra” Mədəniyyət Mərkəzi Azərbaycanın konsulluğu qarşısında etiraz aksiyası keçirdi. Təbrizdə təqribən 70-80 nəfər əslən azərbaycanlı olan İran vətəndaşları Azərbaycan konsulluğunun qarşısında dinc, sivil etiraz aksiyası keçirdilər. Ərdəbildə Cümə namazından sonra yüzlərlə iranlı azəri küçədə dindarları dəstək yürüşü keçirdilər. Əlbəttə okeanın o tayı da hadisədən kənarda qalmadı, əvvəlcə Vaşinqton bir beynəlxalq təşkilat səviyyəsində polisin dindarlara qarşı zorakılığını pislədi, sonra isə ABŞ dövlət departamenti öz hesabatında polisin dindarlara qarşı zorakılıını pisləməklə dindarları dəstəklədi. Amma...
Amması burasıdır ki, ölkəmizin bəzi KİV-ləri, bəzi deputatları, siyasiləri, ictimai xadimləri İranda keçirilən dəstək aksiyasını, daha dəqiq Təbrizdəki Azərbaycan konsulluğu qarşısındakı aksiyanı elə yayımladı və şərh etdi ki, o biri aksiyalar kəskinliyi və təsiri baxımından Təbriz aksiyasından qat-qat üstün olsalar da onları xəbər kimi də qeyd etməyə cürətləri çatmadı. Axı Türkiyədə olan aksiya və ABŞ beynəlxalq qurumu və dövlət departamenti qat-qat kəskin öz etirazlarını bildirmişdilər. Belə çıxır ya bunlar kimlərinsə sifarişini həyata keçirirdilər və İranla Azərbaycan arasındakı dostluğu heç etmək istəyirdilər, ya da Türkiyə və ABŞ-dan qorxduqları üçün onların adını belə çəkmədilər. Bundan əlavə Tehranda səfirliyimiz qarşısında ümumiyyətlə etiraz aksiyası keçirilməmişdi, qaraguruhçularsa hətta Azərbaycanın Tehrandakı səfirinin heç bir hadisənin baş vermədiyini və yalnız Təbriz konsulluğu qarşısında dinc aksiya olduğunu bildirəndən sonra da sionist ağalarına etiraz edib bu təbliğatlarını dayandırmadılar, dindarlara qarşı böhtan atmağa davam etdirdilər. Hər halda əgər dindarlara dəstək və polisin zorakılığına etiraz tənqid olunmalıdırsa, onda nə üçün İstanbul və Vaşinqtona etiraz olunmadı və dezinformasiya ilə işləyən təbliğat maşını onların adını çəkmədi. Əgər bu etirazlar təbii qarşılanırsa onda niyə görə Təbriz və Ərdəbilə belə qısqanclıqla yanaşıldı?! Hər halda cavabı bəllidir... Ən əsaı isə budur ki, dindarlar beynəlxalq dəstəyə malikdirlər bu, dəstək qonşu Türkiyə və İran səviyyəsində xalq dəstəyidir. Bizcə Azərbaycanda belə qüvvə yoxdur ki, onun beynəlxalq dərcədə xalq dəstəyi olsun.