İranın Azərbaycandakı səfiri Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Servisi/Aran Agentliyi
İranın Azərbaycandakı səfiri Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Novruz mesajı sülh, səmimiyyət və aydınlıq mesajıdır. Bayram günləri dost və qardaş Azərbaycan dövləti və xalqına mübarək olsun”,- Trend News-a səfirlikdən daxil olan təbrikdə bildirilir.
İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyan Səfir Məhəmmədbağır Bəhrami dövlətimizə və xalqımıza başucalığı və uğur arzulayıb.