Tarix : 2010 Mar 20
Kod 16634

Gəncədə 6 tonluq paxlava kəsildi

Martın 19-da Gəncənin Heydər Əliyev meydanında Novruz Bayramı münasibətilə uzunluğu 15, eni 6 metr və çəkisi 6 ton olan paxlava kəsilib
Azərbaycan Servisi/Aran Agentliyi

Martın 19-da Gəncənin Heydər Əliyev meydanında Novruz Bayramı münasibətilə uzunluğu 15, eni 6 metr və çəkisi 6 ton olan paxlava kəsilib.

Şirniyyatı hazırlayan türkiyəli iş adamı Müzəffər Agüloğlu onun tərkibinin 2,5 ton un, 1,5 ton şəkər tozu, 1 ton yağ, 750 kq qoz ləpəsi, 600 litr süd və digər ədviyyatlardan ibarət olduğunu deyib.

M.Agüloğlu bu paxlavanın ötən ildəkindən 1 əlavə laydan ibarət olduğuna da diqqət çəkib. O bildirib ki, bu ilki şirniyyat ötən ilkinə nisbətən daha tez hazırlanıb.

Ötən il hazırlanan böyük paxlavanın uzunluğu 12, eni isə dörd metr olaraq çəkisi 3 tona yaxın olub.

  • Yazılıb
  • da (də) 2010 Mar 20