Tarix : 2010 Mar 20
Kod 16638

Gəncədə dindarlar aksiya keçirib

Onlar 13 fevralda həbs edilən dindarların məhkəməsindən ədalətli qərar gözlədiklərini bildiriblər
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXeber.com-un "Qaynar Xəttinə" daxil olan məlumata görə, bu gün,  Gəncə şəhərində 13 fevralda dinc yürüş etmək istəyən, lakin polis tərəfindən zorakılığa məruz qalaraq həbs edilmiş bir qrup dindarın həbsinə etiraz əlaməti olaraq, etiraz aksiyası keçirilib. Etirazçılar, məhkəmədən həbs olanlar barədə ədalətli qərar çıxarmasını istəyərək, onların azadlığa buraxılmasını tələb ediblər. Onlar həmçinin aksiya zamanı, dindarlara qarşı polis zorakılığını pisləyiblər.  Aksiya insidentsiz başa çatıb. Verilən məlumata görə, aksiya 50-70 arası insan iştirak edib.
 
  • Yazılıb
  • da (də) 2010 Mar 20