Tarix : 2010 Mar 20
Kod 16640

Azərbaycanda narkomanlıq artıb

Azərbaycanda 16 yaşında olan hər yüz yeniyetmədən 16-sı narkotik maddələrdən istifadə edir
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycanda 16 yaşında olan hər yüz yeniyetmədən 16-sı narkotik maddələrdən istifadə edir. Ölkəmizdə narkotika istifadəcilərinin artır.
BMT-nin rəqəmlərinə görə bir əvvəllə müqayisədə narkomanlar 10 faiz artıb. Bəs ölkənin gələcəyi olan gənclər göz görə-görə bu ölümcül xəstəliyə niyə tutulur?
Təhlükənin nə qədər ciddi olduğunu çoxları qavramır. Rəsmi rəqəmlərə görə ölkədə 24 min narkotik istifadəçisi var. Vəziyyət bütün gəncliyin üzləşdiyi təhlükəni göstərir.
Adı nə olursa olsun bədənə ziyan vuran hər şey zərərlidir. İnsanların zərərli vərdişlərə meyili olmasının isə müxtəlif səbəbləri var. Bunlar insandan insana, cəmiyyətdən cəmiyyətə dəyişir.
Bəs bu bəla ilə necə mübarizə aparılmalıdır? Nə edilməlidir? Psixoloqlar problemin həll etməkdə təhsilin və mənəvi dəyərlərin vacib olduğunu deyir.

  • Yazılıb
  • da (də) 2010 Mar 20