Tarix : 2010 Mar 21
Kod 16657

Qərargah rəisi Başbuğ da ''Ergenekon''?

Türkiyənin qərargah rəisinin keçmiş ordu generalını istintaqdan yayındırmasına görə barəsində cinayət işi açıla bilər
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin qərargah rəisinin keçmiş ordu generalını istintaqdan yayındırmasına görə barəsində cinayət işi açıla bilər.

İslam-Azeri.az internet qəzetinin "Vakit" qəzetinə istinadən verdiyi xəbərə görə Türkiyənin qərargah rəisi General İlker Başbuğun Türkiyə ordusunun komandanlarından olan və "Ergenekon" terror şəbəkəsinin əsas üzvü olmaqda ittiham edilən Saldıray Berki müdafiə edərək istintaqdan yayındırması bəzi şübhələr doğurub.

General İlker Başbuğ "Ergenekon"un üzvüdürmü?

Qərargah rəisinin bu addımının qanuna zidd olmasını deyən keçmiş hökümət prokuroru və hal-hazırda vəkil işləyən Sacit Kayasu: "Hərbinin istintaqa və məhkəməyə müdaxiləsi cinayətdir. Başbuğun barəsində cinayət işi açılması istisna deyil" deyib.

Hüquqçular birliyinin sədri Sinan Kılıçkaya da Türkiyənin qərargah rəisi General İlker Başbuğun bu addımını belə dəyərləndirib: "Məhkəmə və istintağa müdaxilə, cinayətdir!".

Qeyd edək ki, Türkiyənin çox sayda ordu general və zabitləri "Ergenekon" terror şəbəkəsinin üzvləri olmaq ittihamı ilə həbs edilməkdədir.
İslam-Azeri.az
 
  • Yazılıb
  • da (də) 2010 Mar 21