Tarix : 2010 Mar 24
Kod 16661

Erməni terrorçularının törətdikləri qətliamdan epizodlar

Ermənilərin xalqımıza qarşı qəddarlıqlarının “meydan suladığı” dövrlərindən biri də XX əsrin ilk 30 ilinə təsadüf edir
Azərbaycan Servisi/Aran Agentliyi
Əziz oxucular! Tarix boyu süfrəmizin başında oturtduğumuz, çörəyimizi yarı böldüyümüz ermənilər daima xalqımıza arxadan zərbə vurmuş, ələ düşən fürsətdən yararlanaraq, havadarlarının köməyi ilə öz mənfur planlarını həyata keçirməyə çalışmışlar.

Ermənilərin xalqımıza qarşı qəddarlıqlarının “meydan suladığı” dövrlərindən biri də XX əsrin ilk 30 ilinə təsadüf edir. “Güc”ünü daha çox dinc, əliyalın əhaliyə göstərən erməni daşnakları xalqımızın başına olmazın oyunlar açmış, onları öz doğma vətənlərindən didərgin salmışlar. Amma onların barbarlıqlarının qarşısını kəsən qəhrəman oğullarımız da az olmamışdır. Sultanbəy, Şəmilbəy, Ovçu Sultan, Ağa Məhəmməd… belələrindəndir.

Tariximizin bu qanlı dövrü haqda oxucuda daha dolğun təsəvvür yaransın deyə, həmin zaman kəsiminə aid bir neçə yazını dərc etməyi münasib bildik. Həm düşmənimizin vəhşi xislətinə bir daha bələd olmaq, həm tarixi yaddaşımızı təzələmək, həm də milli vətənpərvərlik hisslərini möhkəmlətmək məqsədi daşıyır bu yazılar! Habelə, bu, xalqımızın mübarizə təcrübəsi ilə tanışlıq baxımndan da oxucunun marağına səbəb ola bilər.
“Türk ordusunun sirlərini ingilis kəşfiyyatına satmaq üstündə qulağı kəsildikdən sonra qaçıb İrəvana gəlmiş Andranik Uzunyan davakar erməniləri başına toplayıb sılahsız Azərbaycan kəndlərinə tez-tez basqınlar edirdi. Onun yaraqlı quldur dəstələrinin törətdiyi vəhşiliklər haqqında Zəngəzura da bəd xəbərlər gəlib çatırdı.
Onlar Azərbaycanlı uşaqları tonqallarda yandırır, boylu qadınların qarnına xəncər soxur, adamların başına mismar çalır, kürəyinə qaynar samovar bağlayır, qız və qadınların üzlərinə süngü və xəncərlə xaç şəkilləri çəkir, cavanların ayaqlarını nallayırdılar.

Quldur daşnak birləşmələri bu minvalla yüzlərlə Azərbaycan kəndini viran qoyur, qarət etdikləri qənimətlərin hesabına nizami ordu yaradaraq Laçın rayonunun Zabıx kəndinə hücum çəkirlər. Bir günün içində Zabıx və Tat kəndlərini dağıdıb xaraba qoyurlar.

Daşnak ordusunun əsrin əvvəllərində Zəngəzurda törətdiyi vəhşiliklərdən ən dəhşətlisi Tat qırğınıdır. Andranikin quduzlaşmış ordusunun Tat kəndində törətdiyi vəhşilklər heç bir müharibə tarixində görülməmişdir. Bu döyüşdə tatlar baltadan, yabadan, ağacdan, daşdan istifadə edib şücaət göstərsələr də, qüvvələr nisbəti çox olduğundan düşmənin qarşısını ala bilməmişdilər.
Daşnaklar camaatın bir hissəsini böyük kahalara doldurub ağzında gərmədən ocaq qalayıblar. Onları tüstüdə boğub, odda yandırıblar.
Bir dəstə əsiri Zabıx kəndinə gətirdikləri zaman yolda erməni dığalar bir gürzəni ağacla götürüb qolları bağlı kişinin üstünə atırlar. İlan dərhal kişinin boynuna dolanaraq üz-gözünü gəmirir. Sonra qulağını ağzına alır. Kişi bir qədər getdikdən sonra huşunu itirib yerə yıxılır. Daşnaklar kişinin öldüyünü güman edib başına , kürəyinə bir neçə daş salıb gedirlər.

Əsir götürdükləri qadın və qızların əvvəl saçlarını kəsdirib çatı toxutdururlar. Onlara ağlasığmaz işgəncələr verib, çılpaq-çılpaq ağaclardan asırlar.

Quldur daşnak ordusunda xidmət edən bir erməni həkiminin göstərişi ilə sağlam görünən kişi və qadınların başlarını kəsib qanlarını ayrıca qablara yığırlarmış. Yetmiş uşağın qarnına süngü soxub yol boyu işarə daşları kimi düzürlər. Patrona qənaət etmək məqsədi ilə adamların başlarını daşların üstünə qoyub gürzlərlə əzərək Zabıx çayına tökürlərmiş. Qədim yazılı ağır bir daşı Ermənistana aparmaq üçün 20 nəfər Tat kişisini arabaya qoşurlar. Xumar adlı Tat gözəlini Andranikin çadrına apararkən Sərt döngə deyilən yerdə qız qəflətən yerdən daşı cəld götürərək başına vurub, özünü öldürür. Xumarın qardaşı İbrahimi qolu bağlı itlərin qabağına ataraq quduzlara parçalatdırır, sonra ağaca bağlayaraq sinəsinə bıcaq atırlar.
Daşnaklar törətdikləri vəhşilkləri Zəngəzur camaatı arasında yayıb vahimə yaratmaq üçün bir neçə qadın və kişinin budlarına, kürəklərinə möhürə bənzər dəmir qızdırıb basaraq Abdallar kəndinə tərəf buraxırlar. Xəbər Ağanus, Fətəlipəyə, Şüyüdlü, Mığırdərə, Malxələf kəndlərinə çatanda camaat sel kimi axışıb köməyə gəlir. Lakin iş-işdən keçibmiş. Kəndlər tamam yandırılıbmış, əhali qırılıb məhv edilibmiş”.
Məqalə Səhabəddin Eloğlunun “Zəngəzur hadisələri” kitabından götürülmüşdür. //AzeriMuslims//
 
  • Yazılıb
  • da (də) 2010 Mar 24