Azərbaycan Servisi/Aran Agentliyi
Yeraltı təkanlar saat 19:36-da Cəlilabad rayonundan 34 km şimal-qərbdə, Biləsuvar və İmişli rayonlarının sərhədində qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumatına görə, 24 kilometr dərinlikdə qeydə alınan zəlzələ Rixter şkalası ilə 3 bal gücündə hiss edilib. Yeraltı təkanlar tələfat və dağıntılara səbəb olmayıb.