Tarix : 2010 Apr 04
Kod 16705

Türkiyənin Avropada yeri varmı?

Türkiyə, yetərincə kasıb, kifayət qədər böyük və olduqça İslami ölkədir. Məhz bu üç müddəa Avropada “qorxu” yaradır
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə, yetərincə kasıb, kifayət qədər böyük və olduqça İslami ölkədir. Məhz bu üç müddəa Avropada “qorxu” yaradır.
Məlum olduğu kimi, Almaniya kansleri Angela Merkel rəsmi səfərlə Türkiyəyə gəlib. Danışıqlar zamanı söhbət, yalnız Türkiyənin Almaniyada açmaq istədiyi türk məktəblərindən deyil, həm də Avropanın gələcəyindən gedib. Və danışıqların mövzusu həm də bu olub ki, Türkiyənin Avropada yeri varmı?
Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin yazdığına görə, bu ölkə yetərincə kasıb, çox böyük və İslamlaşmaya daha çox yönümlü bir ölkədir. Məhz bu üç müddəa Avropa qarşısında “qorxu” yaradır. Məhz bu “qorxu”, Merkeli, Türkiyənin Avropa İttifaqında tam üzvlülüyünə etiraz etməyə və ona gücləndirilmiş əməkdaşılıq təklif etməyə vadar edir.

Qəzetin yazdığına görə, bu gün, Türkiyənin Avropa ambisiyaları üçün çox da yaxşı vaxt deyil. Belə bir təəssürat yaranıb ki, avropalılar, Türkiyənin artıq 4 ildir ki, Avropa İttifaqına daxil olması üçün danışıqlar apardığı faktını gizlətməyə çaılışır. Avropa İttifaqı artıq “genişləndirilmək”dən bezib və Yunanıstanın iflası təhlükəsi də, Türkiyənin Avropa İttifaqına üzvlülüyünün əleyhinə olan bir mühit yaradır. Düzdür, bununla yanaşı, Türkiyənin Avropa İttifaqına qoşulmasının xeyirlərini də nəzərə almaq pis olmazdı.

Demək olmaz ki, Merkel bu xeyirləri görmür. Lakin, Merkel bu xeyirləri daha ucuz əldə etmək istəyir. Və elə buna görə də, Türkiyəyə gücləndirilmiş əməkdaşlıq təklif etməklə, onu hər dəfə özündən çıxarır. Merkelin təklifinə görə, türklər Avropa ilə ticarət, immiqrasiya və enerji təchizatı məsələlərində əməkdaşlıq edə bilər, lakin onu Avropanın qərar qəbuletmə mexanizmlərinə yaxın buraxmaq olmaz. Lakin, Türkiyə artıq, Avropa İttifaqının ticarət alyansında iştirak edir. Ona görə də, Merkelin bu “əndərəbadi” təklifi Türkiyəyə əslində yeni bir heç nə vəd etmir. /
Deyerler.org/
 
  • Yazılıb
  • da (də) 2010 Apr 04