Tarix : 2010 Apr 04
Kod 16718

Azərbaycan hərbiçiləri ağır qəzaya uğradı

Hadisə şahidlərinin jurnalistlərə verdiyi məlumata görə, qəzaya uğrayan maşında Sərhəd Qoşunlarının hərbi xidmətdən təxris olunan əsgərləri olub
Azərbaycan Servisi/Aran Agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, aprelin 3-də Azərbaycanın Lerik rayonu ərazisində içində 18 əsgər olan “QAZ-66” markalı hərbi maşın aşaraq dərəyə düşüb. Hadisə təxminən saat 15.30 radələrində rayonun Yeni Günəşli kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib. Verilən məlumata əsasən, ağır qəza nəticəsində 4 əsgər dünyasını dəyişib, 14-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin jurnalistlərə verdiyi məlumata görə, qəzaya uğrayan maşında Sərhəd Qoşunlarının hərbi xidmətdən təxris olunan əsgərləri olub.
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 04