Azərbaycan Servisi/Aran Agentliyi
Ali Məhkəmə məscid şikayətlərinə eyni gündə - 14 apreldə baxacaq. Yasamal rayonunda dağıdılmış "Peyğəmbərimiz Muhəmməd" məscidi və dağıdılma qərarı verilmiş Yeni Günəşli "Xanım Fatimeyi Zəhra" məscidinin məhkəmələri ayrı – ayrılıqda amma bir gündə - 14 apreldə Ali Məhkəmyə çıxarılacaq. "PeyğəmbərimizMuhəmməd" məscidinitikdirənMirValehMövsumovdaKIV-ə açıqlamasındafaktı təsdiqləyib,o bildirib ki, şikayəti yanvar ayında verib. Mir Valehin Mövsümovun sözlərinə görə "Peyğəmbərimiz Muhəmməd" məscidini qanunsuz sökən Yasamal rayonu İcra hakimiyyətini o, bir neçə dəfə məhkəməyə verib. Lakin hər dəfə məhkəmə instansiyaları Yasamal rayonu İcra hakimiyyətini haqlı biliblər. Bu dəfə isə məhkəmə Ali Məhkəmədə saat 11:00-da keçiriləcək. Maraqlıdır ki, Yeni Günəşli "Xanım Fatimeyi Zəhra" məscidi şikayətini mart ayında verib, amma nədənsə hər iki məhkəmə eyni günə salınıb. Təbiidir ki, hər iki işə ayrı-ayrılıqda baxılacaq. 14 apreldəki məhkəmə işləri təsadüfmü, məqsədyönlümü deyə bilmərik. Amma ən azından maraqlı təsadüfdür.