Tarix : 2010 Apr 04
Kod 16720

MOSKVADAKI TERROR HADİSƏLƏRİ İSLAMA QARŞI YÖNƏLİB

BÜTÜN RUSİYADA QAFQAZLI OLMAYAN MÜSƏLMANLARA BELƏ TƏZİQ GÖSTƏRMƏK ÜÇÜN BİR SƏBƏBƏ ÇEVİLƏN TERROR AKTININ TÖRƏDƏN VƏHABİLƏR, ARXALARINDA DURAN ISƏ ABŞ, SIONIZM VƏ İNGİLTƏRƏDİR
Rusıya Servisi/Aran Agentliyi
Bu fikirlərlə Rusiyalı ekspert və mütəxəssislər çıxış ediblər. Onların fikrincə İslam və müsəlmanlara yumşaq münasibəti ilə seçilən Rusiya rəhbərliyində nifrət oyatmaq üçün bundan yaxşı vasitə ola bilməzdi. Bir neçə yüz adamın ölməsi və yaralanmasının müqabilində Rusiya kimi dövlətin öz ərazisində müsəlmanalara təziq göstərməsi, İslam dininə qarşı nifrətin oyanması, İslam dövlətləri ilə, o cümlədən İslam Konfransı Təşkilatı ilə münasibətlərin soyuması demək olar ki, terrorun təşkilatçıları üçün bir uğurdur. Uğuru əldə edən əzəli və əbədi İslam düşmənləri olan ABŞ, sionizm və Britaniyadır. Qurbanlar isə günahsız insanlar və günahkar vəhabilərdir. Böyük güclərin əli ilə yaradılan və yaranışında indiyə qədər də onların qulu olan vəhabilik və ona xidmət edənlər cinayətkarların cinayətkar qurbanlarıdırlar. Rusiyalı ekspertlərən hüquqi və siyasi baxımdan hadisəni az təsirli bilsələr də psixoloji baxımdan hələ uzun müddət yaddaşlarda qalacağını və İslama qarşı bir  vasitə kimi öz işini görəcəyini bildirirlər. Bu arada qonşu ölkələrdə də vəhabiliyə qarşı mübarizənin daha da sərtləşdirilməsi prosesi həyata keçmə zərurətindədir. Çünki region ölkələri bu “vəhabilik və terror” problemini birgə həll etməlidirlər. Ekspertlərin fikrincə əks halda bu təhlükədən sığortalanmaq çox çətindir.
 
  • Yazılıb
  • da (də) 2010 Apr 04